Gəncədə fəaliyyət göstərən "Şans" Tibb Mərkəzində humanitar aksiya keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, aksiyada Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, Böyük Vətən müharibəsi iştirakçıları, həmçinin Çernobl əlilləri pulsuz tibbi müayinədən keçiblər.
Tədbirdə əsas məqsəd bu kateqoryadan olan insanlara dövlətin dəstəyini bir daha hiss etdirməkdir. Aksiyada 50-dən artıq sözügedən kateqoryadan olan vətəndaşlar iştirak edib.
Gələcəkdə analoji tədbirin ölkənin digər rayonlarında, o cümlədən sərhəd bölgələrində təşkili nəzərdə tutulur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB