“Elm haqqında elm”- FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun "ELM haqqında ELM" kitabının təqdimatı keçirilib.\"\"

SİA-nın məlumatına görə, mərasimi giriş sözü ilə açan AMEA-nın prezidenti akademik Mahmud Kərimov ulu öndər Heydər Əliyevin "Yaranmış elmi potensialı qorumalı, saxlamalı, ondan indi və gələcəkdə müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik" fikirlərini yada salaraq qeyd edib ki, S. Xəlilovun təqdimatı keçirilən kitabı da əsasən bu ideyaya xidmət edir.

O bildirib ki, kitab müəllifin son ildə elmşünaslığa dair yazdığı sayca dördüncü və məzmunca ümumiləşdirici, yekun əsəridir: "Bundan öncə çap olunan "Azərbaycanda elm və onun təşkilati formaları", "Elm adamları elm haqqında" və "Elmşünaslığa giriş" kitabları bu yekun əsər üçün bir növ hazırlıq mərhələləri hesab oluna bilər".

Akademik M.Kərimov onu da qeyd edib ki, adı çəkilən ilk kitabda müəllif məhz Azərbaycanda elmin vəziyyəti və qarşıda duran vəzifələrdən, "Elm adamları elm haqqında\" adlandırdığı kitabda türk-islam dünyasında elmə münasibət məsələlərindən bəhs edirdisə, \"Elmşünaslığa giriş\" kitabında bütün dünya miqyasında elmin və ona münasibətin formalaşması tarixindən və bu sahədə aparılan tədqiqatlardan söhbət açıb. M. Kərimov: "Təqdimatına toplandığımız \"Elm haqqında elm\" kitabı isə müəllifin neçə illər ərzində elmşünaslıq sahəsində apardığı şəxsi tədqiqatları da əhatə edir və bu sahədə ensiklopedik bir əsər olmaqla yanaşı, həm də sanballı bir monoqrafiya kimi dəyərləndirilə bilər",- deyə əlavə edib.

Daha sonra mərasimdə çıxış edən Ali Attestasiya Komissiyasının sədr müavini, AMEA-nın müxbir- üzvü Vəli Hüseynov, "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlı, Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, akademik Budaq Budaqov, akademik Asəf Nadirov kitabda öz əksini tapan əsas ideyaları işıqlandırmaqla yanaşı, belə bir qənaəti də vurğulayıblar ki, fəlsəfi dünyagörüşü və elmi metodologiyaya yiyələnmədən, fundamental elmi tədqiqatlar sahəsində böyük uğur qazanmaq mümkün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə