Milli Məclisin plenar iclası öz işinə başlayıb

Milli Məclisin plenar iclası öz işinə başlayıb
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, pensiya və əmək haqlarının artırılması üçün 2011-ci ilin dövlət büdcəsinə dəyişiklikərlə bağlı təkliflər Milli Məclisin bügünkü iclasının gündəliyinə salınıb.
Qeyd edək ki, əmək haqları və pensiyaların artırılması üçün büdcəyə əlavə vəsaitlərin daxil edilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev ölkənin rayonlarına son səfərlərində vətəndaşlarla görüşü zamanı pensiya və əmək haqlarının artırılmasının vacib olduğunu və bu istiqamətdə addımlar atılacağını demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə