Erməni barbarları Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar - FOTOFAKT
Erməni işğalçıları barbar olduqlarını bir daha sübut etməkdədirlər. SİA-nın verdiyi məlimata görə, razılaşmaya əsasən noyabrın 15-dək (yeni razılaşmaya, əslində Azərbaycan tərəfinin humanizm prinsiplərindən qaynaqlanan addımlarından sonra erməni işğalçılarına verilən vaxt noyabrın 25-dək uzadılıb-müəllif) erməni işğalçıları əraziləri tərk etməli idilər. Amma ermənilər - həm silahlılar, həm də orada məskunlaşdırılmış ermənilər Azərbaycan torpaqlarını tərk etməmişdən əvvəl evləri yandırır, meşələrdə nadir ağacları doğrayır, yandırırlar. Bu gün aldığımız məlumata görə, ermənilər Azərbaycana təhvil verməli olduqları Kəlbəcər rayonunun kəndlərində elektrik dirəklərini kəsir, istifadəsiz hala gətirirlər.
Bu faktı sübut edən fotonu “Reuters” agentliyi yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB