ASALA terror təşkilatı barədə bir neçə dildə maarifləndirici videoçarxlar hazırlanıb

ASALA terror təşkilatı barədə bir neçə dildə maarifləndirici videoçarxlar hazırlanıb

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən SİA-ya bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən Ermənistan dövləti səviyyəsində dəstəklənərək uzun illər dünyanın müxtəlif nöqtələrində qanlı aksiyalar törədən ASALA terror təşkilatının törətdiyi cinayət əməlləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə “Asala terror təşkilatı barədə nə bilirsiniz?” başlıqlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanmışdır.

Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək.

https://www.youtube.com/watch?v=vzbo_IitaU4

https://www.youtube.com/watch?v=T2-3U91LkUI

https://www.youtube.com/watch?v=aJgSxhPYrcM

https://www.youtube.com/watch?v=AD3KkpjIsgY

https://www.youtube.com/watch?v=hnzKk3SXSRs

https://www.youtube.com/watch?v=AIovOftsZmE

Bütün xəbərlər Facebook səhifəmizdə