”Pandemiyaya qarşı mübarizə kompaniyalarininnın təşkili”

”Pandemiyaya qarşı mübarizə kompaniyalarininnın təşkili”

Bu mövzuda Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial Mənəvi Dəstək İctimai Birliyi layihənin icrasını başa çatdırıb

Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sağlamlığımız öz əlimizdədir ”, “Pandemiyaya qarşı mübarizə kompaniyalarının təşkili” adlı layihənin icrasını başa çatdırmışdır. Bu barədə məlumat verən Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial Mənəvi Dəstək İctimai Birliyinin sədri Təranə Əhməd bildirib ki, pandemiya ilə bağlı olaraq 4 rayonda – Lənkəran, Masallı, Qobustan rayonlarında və Şirvan şəhərində hər birində 12 ailə olmaqla cəmi 48 kimsəsiz və aztəminatlı ailələrə ərzaq yardımları edilmişdir. Kimsəsiz və Aztəminatlı ailələrin siyahısı adı gedən rayonların icra hakimiyyəti və könüllüləri ilə birgə müəyyən olunmuşdur. Ərzaq yardımları QHT- lərə Dövlət Dəstəyi Şurası tərəfindən monitorinq olunaraq Şirvan şəhəri Mərkəzi Poçtundan Siyahı üzrə müəyyən olunmuş ünvanlara göndərilmişdir.

Layihədə nəzərdə tutulmuş “Sağlam olaq ”adlı maarifləndirici bukletlər hazırlanaraq paylandı ki, bunlar da yerli əhalinin Pandemiya ilə mübarizə istiqamətində maarifləndirmə profilaktikasına yardım etdi. Bukletlər paylanan zaman əhalinin Pandemiya ilə bağlı sualları cavablandırıldı. Onlara izah olundu ki ‚ hərfi olaraq pandemiya yunanca. – “bütün xalq” mənasını verir. Pandemiya yoluxucu xəstəliyin (məsələn, vəba, taun, qrip) bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən çoxlu sayda ölkəni, qitələri bürüməsi mənasını verir. Pandemiya geniş yayılmış, bütün dünyanı, əhalinin xeyli hissəsini əhatə etdiyi hallarda elan olunur. Pandemiya, insandan-insana asanlıqla ötürülən yeni bir yoluxucu xəstəliyin qlobal miqyasda kütləvi yayılmasıdır. Bu tərif, H1N1 (“Donuz qripi”) qrip pandemiyası ilə əlaqədar 2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilib. Pandemiyaya müvafiq olaraq, kəskin respirator infeksiyası olan insanlar evdə qalmalı, ailə üzvləri və kənar insanlarla təmasları minimuma endirməli və xəstəliyin hər hansı bir əlamətini hiss edən kimi özünü təcrid etməli‚ sanitariya–gigiyena qaydalarına əməl etməlidir. Pandemiyaya qarşı maarifləndirmə və psixoloji profilaktika ilə baglı keçirilən görüşdə faydalanan əhali qrupu öz hüquqlarını öyrəndi və mövzu üzrə müvafiq biliklər qazandı.

Layihəyə uyğun olaraq nüfuzlu ziyalıların, ağsaqqalların, ağbirçəklərin, ictimaiyyət və din xadimlərinin təsiri ilə pandemiya ilə bağlı problemlərin qismən də olsa həllinə nail olmağa cəhd ediləcəkdir. Pandemiyaya qarşı mübarizə bu mövzunu prioritet seçmiş təkcə dövlətin deyil, həm də, vacib faktor olan ictimaiyyətin, cəmiyyətin birgə səyi və maarifləndirmə tədbirləri nəticəsində mümkündür. Məhz bu baxımdan təkcə administrativ yox, xüsusən, maarifləndirmə fəliyyəti bu istiqamətdə də ən etibarlı önləyici profilaktikadır.

Bu gün QHT olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Pandemiya ilə mübarizə istiqamətində zəruri təxirəsalınmaz tədbirlərin görülməsi ilə ictimaiyyətin maarifləndirilməsinə, psixoloqların bu proseslərə cəlbinə , hətta, qanunvericiliyin gücləndirilməsinə dəstək verilməlidir.

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə