Noyabr ayının 12-də Bakı şəhəri, Binəqədi rayon Binəqədi qəsəbəsində şəhid Əliyev İmran Əli oğlunun anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, anım günündə Şəhidin adını əbədiləşdirmək üçün xatirə bulaq kompleksinin açılışı olub.
Ərazidə yaşayan sakinlərdən Əliyev Habil Əhməd oğlu, Tağıyev Seyidəli Mirhəsən oğlu çıxış edərək qeyd ediblər ki, biz qonşular məhəlləmizin sakini, şəhid leytenantla fəxr edirik. O, Vətənmizin müstəqilliyi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqla bütün Azərbaycan xalqının başını ucaldıb.
Çıxış edənlər bir məqamı da xüsusi qeyd ediblər ki, müharibə itkisiz olmur, şəhid verməyən ölkə heç vaxt müharibədə qələbə çala bilməz.
Şəhidin atası Əliyev Əli şəhidin xatirəsinin əbədiləşdirilməsində göstərdikləri köməkliyə görə hər kəsə minnətdarlığını bildirib. Vətən sağ olsun. Qarabağ Azərbaycandır!
Tədbirin sonunda sakinlər aidiyyəti qurumlara şəhid Əliyev İmran Əli oğlunun böyüyüb boya-başa çatdığı ünvansız küçəyə onun adının verilməsi ilə bağlı müraciət ediblər.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB