Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı. 44 gündə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Bu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının diplomatik siyasəti, Güclü Azərbaycan Ordusunun, Rəşadətli qəhrəman və qorxmaz igid əsgər və zabitlərimizin və xalqımızın birliyi, həmrəyliyi nəticəsində əldə olundu. Noyabrın 11-də dövlət başçımız İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə «Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir» söyləyərək onların qəhrəmanlıqları əsasında yazılan tarixdən geniş bəhs edərkən onu da vurğuladı ki, düşmənin qənimət götürülmüş hərbi texnikasının Bakıya gətirilməsinə, bunun üçün yer seçilməsinə göstəriş verilib və həmin texnikanı nümayiş etdirəcəyik, bütün Azərbaycan xalqı nəyi əldə etdiyimizi görəcək.
İkinci Qarabağ Müharibəsinin 44-cü günü – Qələbəmizin NİDASINI qoydu! Dövlətimizin qətiyyəti, əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi, Prezident-xalq-ordu birliyi sayəsində ədalət bərpa olundu, işğala son qoyuldu, Ermənistan və onun «yenilməz ordusu» döyüş meydanında darmadağın edildi, diz çökdü.
Budur, Ali Baş Komandan siyasəti! Budur, Müzəffər Ordunun məğrurluğu! Budur, rəşadətli əsgər və zabitlər, Prezident-Xalq-Ordu birliyin! Çünki 30 il həsrətində olan torpaqlarımız geri qayıtmalı idi, QAYITDI da! Müharibənin başlandığı ilk gündən Ali Baş Komandanımız, Prezident İlham Əliyev sülh danışıqlarının zəruriliyinə nə qədər çağırışlar etsə də, döyüşün dayandırılması üçün təzyiqlər göstərilməsinə baxmayaraq, dövlətimizin başçısı öz prinsipiallığını, əzmini bir daha nümayiş etdirdi. Azərbaycan Prezident İlham Əliyev istər xalqa müraciətlərində, istərsə də 44 gündə xarici mətbuata 30-a yaxın müsahibəsində səsləndirdiyi bəyanatlar da bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları hər şeydən öndə dayanır. Dövlətin maraqlarından, xalqın iradəsindən kənar bir addım belə atıla bilməz.
Ancaq işğalçı Ermənistan İkici Vətən Müharibəsinin ilk günündən öz terrorçu niyyətini, işğalçı siyasətini nümayiş etdirdi, ancaq faşist xislətli düşmən etdiyi cinayətlərə görə bədəli böyük oldu. 30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin nəhayət ki, qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyuldu. Tarixi ədalət bərpa olundu! zərbaycan Qarabağa qovuşdu, haqq öz yerini tutdu, tarixi ədalət bərpa olundu. 2020-ci il, noyabrın 10-u Azərbaycanın hərb tarixinə BÖYÜK QƏLƏBƏ, Qarabağımızı BÖYÜK QAYIDIŞ, Qarabağ Azərbaycandır!NİDASINI qoydu. Və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin daha bir nümayişi oldu. Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsi sübut etdi ki ölkəmiz işğal altında olan torpaqlarını müstəqil şəkildə azad etməyə qadirdir. Azərbaycan bütün dünyaya bir daha göstərdi ki, Onun savaşı haqq savaşıdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürist
Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı.
Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.
«Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» - deyən Ali Baş Komandanımız hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! İkinci Vətən Müharibəsinin 44-cü günü, noyabrın 10-u, 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənabları bir daha sübut etdi ki, bir qarış da torpağımızı heç kəsə verən deyilik. Çünki Qarabağ Azərbaycanındır!, Qarabağ Azərbaycandır!NİDA!
SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB