"Mən azad Şuşadanam" - Əsra Məmmədli

"Mən azad Şuşadanam" - Əsra Məmmədli

8 may Şuşanın işğalı günü Milli Məclisdə təsirli çıxışı ilə yadda qalan şuşalı gənc Əsra Məmmədli bu gün Milli Məcisdə Şuşanın işğaldan azad olunması münasibətilə çıxış edib. SİA-nın məlumatına görə, o, qeyd edib ki, bu gün mən işğal olunmuş deyil, azad Şuşadanam.

"Bir neçə ay bundan əvvəl burada çıxış edərkən vətənimə qovuşmağı təsəvvür belə edə bilməzdim. Lakin bu gün artıq işğala son qoyulub. Azərbaycan xalqı, Azərbaycan əsgəri qanı və canı bahasına öz torpaqlarına sahib çıxdı. Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim bayrağımız artıq Şuşada və digər işğaldan azad olunmuş rayonlarmızda dalğalanır. Mən hər birinizi Şuşada Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir çünki Qarabağ Azərbaycandır!", deyə Əsra Məmmədli bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə