“Dünən hakimiyyətin iki il yarımdır formalaşdırdığı saxta Ermənistan mif məhv edildi, dağıldı. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparaq" qəzeti yazır.
Qəzet yazır ki, Facebook-da cəmiyyətin qeyd-şərtsiz dəstəyindən istifadə etdikləri yalançı “şərhlər” və “statuslar” darmadağın oldu.
Nəşrin yazdığına görə, Ermənistanda minlərlə insan Nikol Paşinyanın istefasını tələb edərək küçələrə axışıb və mitinqə təşəbbüs göstərən 17 partiya baş nazirin tələbləri yerinə yetirənə qədər mitinqlərin davam edəcəyini bəyan edir.
Tələb isə, tərəflərin fikrincə, vəziyyəti dəyişdirə biləcək Nikol Paşinyanın istefasıdır.
Qeyd olunur ki, saxta Ermənistan mifi barədə daha ətraflı məlumat qəzetin bugünkü sayında öz əksini tapır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB