YAP Ağcabədi rayon təşkilatının və Ağcabədi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Şuşa şəhərinin işğaldan azad edilməsi və II Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazanılması ilə əlaqədar silsilə tədbirlər keçirilib. Yüzlərlə YAP fəalı və gənclər əllərində Azərbaycan və Türkiyənin bayraqlarını tutaraq, küçə və meydanlara çıxaraq bayramı böyük coşqu ilə qeyd ediblər.
Şuşanın işğaldan azad edilməsi ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatının inzibati binasının qarşısında keçirilən tədbiri YAP rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov açıb. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Radə Qafarova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının müəllimi Tahir Kərimli, Şuşa sakinləri Mətanət Fərzəliyeva və Əliş Abbasov çıxış edərək tədbir iştirakçılarını, bütövlükdə Azərbaycan xalqını təbrik ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun müzəffər yürüşü nəticəsində sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu işğal altında olan yaşayış məntəqələrini, o cümlədən Qarabağın tacı olan Şuşanı işğaldan azad ediblər. Bu qələbə iqtidar, xalq, ordu birliyinin bariz nümunəsi olmaqla Azərbaycanın tarixində yeni bir salnamədir. Qarabağın işğaldan azad olunmasi ilə əlaqədar keçirilən tədbirdə əllərində bayraqlar və plakatlar tutan gənclər maşın karvanları ilə Ağcabədi şəhərinin Heydər Əliyev meydanından şəhidlər xiyanbanınadək yürüş etmiş, gənclərin bir qrupu isə eni 6 metr, uzunluğu 50 metr olan Azərbaycan bayrağını yol boyu başları üzərində dalğalandırıblar.
Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasının qarşısında böyük konsert proqramı ilə bütün gün ərzində davam edib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB