Hannoverdə Azərbaycanın tarixi qələbəsi qeyd olunub

Hannoverdə Azərbaycanın tarixi qələbəsi qeyd olunub

"Bakı" Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə aksiya keçirilib və yerli ictimaiyyət məlumatlandırılıb.

SİA-nın xəbərinə görə, Hannover şəhərinin mərkəzində baş tutan aksiyada soydaşlarımız alman ahıllara gül dəstələri hədiyyə edərək Azərbaycanın şanlı qələbəsi haqqında məlumat verib. Aksiya iştirakçıları həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətini yerli ictimaiyyətin diqqətinə çatdırıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə