Tezliklə Şuşada ASAN xidmət yaradılacaq - RƏSMİ

Tezliklə Şuşada ASAN xidmət yaradılacaq - RƏSMİ

Şuşada "ASAN xidmət" yaradılacaq. Bunu SİA-ya açıqlamasında "ASAN xidmət"in mətbuat katibi Elnur Niftəliyev deyib.

O, bildirib ki, Şuşada "Asan xidmət"in açılması ilə əlaqədar münaqişənin daha ilk günlərindən layihələr hazırlanıb. Bu isə mütləq qələbəyə inamın təccəssümü idi".

Mətbuat katibi qeyd edib ki, “ASAN xidmət” Şuşa ilə bağlı videoçarx paylaşıb: "Belə ki, videopaylaşımda işğaldan azad olunan Şuşada tezliklə “ASAN xidmət” mərkəzinin yaradılacağına və burada vətəndaşlara xidmət göstəriləcəyinə əminlik ifadə olunub".

Həmin videoçarxı təqdim edirik:

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə