Bir neçə gündür ki, Şəki-Balakən bölgəsinə aramsız yağişlar yağır. Yağıntının intensivləşməsi, leysan xarakteri alması bölgədəki çayların səviyyəsinin bir neçə dəfə qalxmasına səbəb olub. Bu da bir neçə kənd və qəsəbələrə ciddi ziyan vurulması ilə nəticələnib.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Kiş, Mazım, Balakən, Katex və Alazan çaylarındakı vəziyyət daha da acınacaqlıdır. Belə ki, çayların öz məcrasından çıxması Balakən rayon Katex kəndini iki hissəyə bölüb. Təkcə may ayında üçüncü dəfədir ki, Katex kəndi daşqınlara məruz qalır. Yerli bələdiyyə və rayon icra hakimiyyətinin gərgin səyi nəticəsində çayın öz məcrasına qayıtması mümkün olub.
Bu günlərdə Ukraynanın Azərbaycandakı səfirliyinin Humanitar və İnformasiya məsələləri üzrə attaşesi Lupey Yuri İvanoviç xanımı Marina İvanovna ilə Zaqatala rayonunda olub. Zaqataladakı Ukrayna xalqının lideri Taras Şevçenkonun barolyefini ziyarət edib və onun qoyulma tarixi ilə maraqlanıb. Qonaq Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Zümrüd Ağakişiyeva ilə görüşüb. Daha sonra qonaq xanımı ilə Zaqatala rayon tarix diyarşünaslıq muzeyinə baş çəkib. Muzeydəki T.Şevçenko guşəsini ziyarət edib. Qonağa məlumat verilib ki, 1979-ilin iyununda Azərbaycanda "Ukrayna SSR ədəbiyyatı və incəsənəti günləri" keçirilən zaman gələn qonaqların şərəfinə abidə qoyulub. Ukraynalı qonaqlar həmin vaxt əvvəlcə S.Demeşkonun qəbrini ziyarət edib daha sonra T.Şevçenkonun borolyefinin açılışında iştirak ediblər.
Lupey Yuri İvanoviç səmimi qarşılanmaya görə zaqatalalalılara öz minnətdarlığını bildirib. SİA-n bölgə müxbirilə təəssüratlarını bölüşüb: "Azərbaycan Ukrayna dostluğunun kökləri böyük tarixə malikdir. Mənim üçün çox xoş oldu ki, T.Şevçenkonun borolyefini gördüm. Tarix-diyarşünaslıq muzeyində onun ayrıca güşəsi var. Deməli, bizim dostluğumuz uzun illərin dostluğudur".
Daha sonra qonaq şəhərlə tanış oldu və Zaqatalanın ona Karpat dağlarındakı gözəlliyi xatırlatdığını xüsusi vurğuladı.
Əlmaniz Ələkbərli, Şimal-Qərb bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB