Zığ qəsəbəsinin sakinləri Qələbəni atəşfəşanlıqla qeyd ediblər FOTOLAR

Zığ qəsəbəsinin sakinləri Qələbəni atəşfəşanlıqla qeyd ediblər FOTOLAR
Suraxanı rayonu, Zığ qəsəbəsi Həzi Aslanov küçəsinin sakinləri Qələbəni atəşfəşanlıqla qeyd ediblər. SİA-nın verdiyi məlumata görə, sakinlər böyük Qələbə münasibətilə həmin küçədə yaşamış 2-ci Vətən müharibəsi şəhidi Məhəmməd Füzuli oğlu Ismayılzadənin xatirəsinə etiram əlaməti olaraq onun ailəsinə baş çəkib şəhid haqqında xatirələrini bölüşüb, uşaqlar isə şəhidlərə həsr olunmuş şeirlər deyiblər. Sonra qəsəbə sakinləri Türkiyə və Azərbaycanın bayraqları ilə Qələbə şüarları səsləndirərək yürüş ediblər. Zəfər yürüşü çay süfrəsi, sonra isə atəşfəşanlıqla başa çatıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə