Noyabrın 9-da Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrindəki binalarda quraşdırılmış iri reklam lövhələrində Azərbaycan bayrağı nümayiş etdirilib. SİA-nın xəbərinə görə, Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə gerçəkləşdirilən maraqlı aksiya ölkəmizin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə baş tutub.
Aksiya şəhərin Azadlıq, Birinci Respublika, Vağzal meydanları və digər 5 mərkəzi küçəsindəki binaları əhatə edib. Binaların üzərlərindəki iri monitorlarda və ya damlarda quraşdırılmış lövhələrdə Azərbaycan bayrağının əks olunduğu çarx gün ərzində nümayiş olunub.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB