2020-ci il, 8 noyabr. Azərbaycan tarixində ən böyük qələbə. 28 ildir ki, Şuşalıların gözlərində olan kədər bu tarixi gün sevinc yaşları ilə əvəzləndi...Bu göz yaşlarını tək şuşalılar yox, bütün türk dünyası, regionlarımızın rayon və şəhərlərinin sakinləri yaşadı. 1992-ci il 8 may – 2020-ci il 8 noyabr. İşğal və Qələbə. Bir faktı vurğulamaq lazımdır ki, tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Bəli 8 noyabrda Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun və Rəşadətli əsgər və zabitlərimizin şücəati ilə 8 noyabrda göz bəbəyimiz Şuşamız işğaldan azad olundu. Üçrəngli Bayrağımız artıq Şuşamızda dalğalanmaqdadır.
Ölkə rəhbərimiz, Ali baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.
Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti! Budur, xalqının Prezidenti olmaq! Budur, Liderlik missiyası!
Ancaq Ermənistanın bu 30 il ərzində vaxt uzatmaqla məşğul olduğunu və Azərbaycan dövlət, Ordusu, əsgər və zabitləri qarşısında aciz olduqlarının nümayiş etdirib. Bu gün isə, onların bu oyunlarına son qoyuldu.
Bəli, o gün gəldi. O günü xalqımız gördü. 2020-ci il, noyabrın 10-u.
Azərbaycan Prezidenti noyabrın 10-da Tarixi Bəyanatın imzalanmasından sonra xalqa etdiyi müraciətində dedi: "30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”.
Bəli, bu gün Böyük Qələbəmizdir. Bu gün tarixi gündür. Ali Baş Komandanımızın xalqa müraciətdə dediyi kimi: “Bu bəyanat bizim şanlı qələbəmizdir! Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Yaşa Prezidentimiz! Yaşa Ali Baş Komandanımız! Yaşa Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimiz! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! BAŞQA YOL YOXDUR! NİDA! Bəli, artıq noyabrın 10-da Qarabağın həlilinə NİDA qoyuldu! Ulu Tanrı Ali Baş Komandanımızı, Güclü Ordumuzu, Rəşadətli əsgər və zabitlərimizi qorusun!
MƏHƏBBƏT İBRAHİMOVA,
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB