“Şuşanın azad olması bütün Qarabağın azad olmasıdır!”

“Şuşanın azad olması bütün Qarabağın azad olmasıdır!”

Gözün Aydın Azərbaycanım, gözün aydın bütün türk dünyam! Mənliyimiz, Qürurumuz olan Bayrağımızın ad günü ərəfəsində, noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin diplomatik, proqmatik siyasəti, Müzəffər Ordumuzun Gücü, Rəşadətli əsgər, zabitlərimizin şücaəti və Xalqımızın birliyi, inamı nəticəsində Şuşamız azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri oldu. Bu tarix xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir və Azərbaycanın bədənsiz ruhuna ruhun qaytarılması tarixidir, tarixi ədalətin bərpa olunduğu tarixdir. Bu Azərbaycan gücünün, mili həmrəyliyinin, Prezidentimizin bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacardığının tarixi və sübutudur. Bu gün dünya azərbaycanlılarına qələbə daddıran Lider olaraq böyük sevinc yaşadan tarixdir. Bu haqq yolumuzun tarixidir, 28 illik həsrətin yarasına məlhəm qoyulan tarixdir, bütün Azərbaycan xalqına, qəlbi yaralı bütün Şuşalılara yaşam tarixidir. Şuşa Dövlət Bayrağı günü ərəfəsində azad edilməsi Müqəddəs bayrağımızın ən şərəfli günüdə Şuşada əbədi dalğalanacaq günün tarixidir!

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa şəhərinin azad olunması münasibətilə rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda Azərbaycan xaqlını təbrik etməsi ilə dediyi kimi "İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!".

Bəli, 1992-ci il may ayının 8-də erməni təcavüzkarları tərəfindən Şuşa işğal olunsa da 2020-ci il noyabrın 8-də - 28 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Müzəffər, Sarsılmaz, Şanlı Ordumuz, rəşadətli əsgər və zabitlərimizin gücü ilə 28 il həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa etdiyi müraciəti isə bütün xalqımızın Qarabağ həsrətinə məlhəm oldu. Ali Baş Komandanın tarixi müraciətindən: "Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Bəli, bəli, bəli!!! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır!.

Tarixi sənəd imzalandı: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı

Noyabrın 10-da isə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatını imzaladılar. Ancaq yenə də eyni oyun, eyni riyakarlıq. İşğalçı Ermənistan bu bəyanata qol çəkməkdən imtina edib. Sözsüz ki, gücsüz, rəzil Paşinyan kimi mənəviyyatsız, terrorçu güclü, dünya dövlətlərinin qəbul etdikləri İlham Əliyev kimi diplomatik Lider qarşısında rəzil və faşist xislətli Paşinyan kimilərin siçan deşiyinə girməsi təəccüblü də deyil. Məhz Ali Baş Komandanını diplomatik siyasətinin, Müzəffər Ordumuzun və Rəşadəli əsgər və zabitlərimizin gücü, şücaəti qarşısında sınmalıdır. Və sentyabrın 27-dən etibarən ilk gündən 44 günü ərzində zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Xalq-Ali Baş Komandan birliyi Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi

Xalq-Ali Baş Komandan, xalq-ordu birliyi üzərində qurulan zəfər yürüşü ilə Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının bir qismini də uğurla icra etdi. Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Və noyabrın 10-da imzalananbəyanat Dağlıq Qarabağ münaqişəsinin tarixi qələbəsini elan etdi! Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatlar dayandırılacaq.

Noyabrın 10-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, qarşıdan gələn qış mövsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya və Türkiyənin birgə iştirakı ilə təmin olunacaq. Həmçinin sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılacaq.

Həmçinin, ərazi bütövlüyümüz təmin olundu. Bəyanatda digər önəmli məqam ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu Azərbaycanın tam və şərsiz qələbəsinin əyani sübutudur. Bir sözlə, Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Artıq bu qələbə Xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Bir sözlə, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, "Modern Ailə və İnkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə