"Mətbuatdan öyrəndim ki, Qarabağ müharibəsinin sona çatması ilə bağlı Rusiya və Azərbaycan prezidentləri ilə bəyannamə imzalanıb. Bəyanatın şərtlərini və təslim olduğumuzu mətbuatdan öyrəndim". SİA xəbər verir ki, bunu Ermənistanın prezidenti Armen Sarksyan deyib.
"Prezident olaraq, təəssüf ki, bu sənədlə bağlı mənimlə heç bir məsləhətləşmə və müzakirə aparılmadı, heç bir görüşdə iştirak etmədim. Qarabağ probleminin həlli dövlət əhəmiyyətli bir məsələdir. Ermənistanın, Artsaxın və bütün erməni xalqının həyati təhlükəsizlik maraqları və hüquqları ilə əlaqəli hər bir addım, hərəkət, hər hansı bir qərar, xüsusən sənədin imzalanması geniş məsləhətləşmələr və müzakirələrin mövzusu olmalıdır. Erməni xalqının taleyinin yalnız milli maraqlarımız nəzərə alınmaqla və yalnız milli konsensus əsasında həll oluna biləcəyini vurğulayıram", deyə prezident bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB