“Vətəni Tanı” Ümumrespublika Kampaniyası çərçivəsində növbəti tədbir Xınalıqda keçirilib- FOTOSESSİYA
Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsinin rəsmi dəstək verdiyi "Vətəni tanı" Ümumrespublika Kampaniyasının seçim turları davam etməkdədir. SİA-nın məlumatına görə, layihə çərçivəsində növbəti tədbir Quba rayonunda baş tutub.
Quba rayon Olimpiya Kompleksində baş tutan seçim turunun açılış mərasimində çıxış edən Quba rayon İcra Hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev bildirib ki, bu gün gənclərimizin hərtərəfli inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılır.
Tədbirin önəmindən danışan rayon rəhbəri onu da əlavə edib ki, bu cür tədbirlərin keçirilməsi gənclərimizdə yeni bilgilərə yiyələnmə və milli dəyərlərimizin aşılanması, tariximiz, dünənimiz və bu günümüzün öyrənilməsində müstəsna rol oynayır.
Çıxış edən Milli Şuranın sədri, millət vəkili Fuad Muradov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşması göz qabağındadır. Gənclərlə bağlı hazırlanan yeni proqramdan danışan millət vəkili bildirib ki, burada ölkə gənclərinin hər birini narahat edən məsələlər öz əksini tapacaqdır.
F.Muradov Milli Şura olaraq daim gəncləri dəstəkləyən layihələri həyata keçirdiklərini vurğulayıb. Bildirib ki, ölkə gənclərinin istər Azərbaycanda, istərsə də ölkədən xaricdə fəaliyyəti üçün bütün imkanlardan istifadə olunur.
Millət vəkili Vahid Əhmədov çıxışında bu layihənin təhsilə böyük töhfə verdiyini qeyd edərək bildirib ki, gələcəkdə də bu cür tədbirlər davam etdirilməlidir. Quba gənclərini bu maraqlı layihədə fəal iştirak etməyə çağırıb.
Milli Şuranın Baş Katibi və eyni zamanda kampaniyanın rəhbəri Orxan Ərəbov çıxış edərək yarış haqqında gəncləri məlumatlandıraraq onlara seçim turunun gedişatı haqqında danışıb.
"Burada əsas məqsədlərdən biri də ölkəmizin ərazi bütövlüyünün qorunması, gənclərimizin coğrafi biliklərinin artırılmasıdır. Biz bu layihədə 12 min gənci əhatə etməyi qarşımıza məqsəd qoymuşuq"-millət vəkili qeyd edib.
Qeyd edək ki, \"Vətəni tanı\" Ümumrespublika Kampaniyasının Quba rayon seçim turu çərçivəsində Qubada yerləşən və Azərbaycanın ən yüksəkdə (2300 m) yerləşən yaşayış massivi olan Xınalıq kəndinə kampaniyanın işçi qrupu tərəfindən səfər təşkil olunub. Xınalıqda yaşayan gənclər də Kampaniyada iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB