Mayın 17-18-də Azərbaycan Dillər Universitetində (ADU) "Bakıda Avstriya ədəbiyyatı günləri" adlı tədbir keçiriləcək. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ADU və Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirin açılış mərasimində ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, səfirliyin mədəni işlər üzrə ataşesi Ziqlinde Şpanlanq, Avstriyanın Klagenfurt şəhərinin Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitunun rəhbəri, professor Klaus Amman, həmin institun bölmə rəhbəri Valter Fanta və universitetin əməkdaşı Maja Haderlap, eləcə də müxtəlif universitetlərdən almandilli ədəbiyyatla məşğul olan Azərbaycanli və xarici müəllimlər də iştirak edəcəklər. Mərasimdə ADU-nun rektoru, professor, millət vəkili S. Seyidov və Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç açılış nitqi ilə çıxış edəcəklər.
Tədbir çərçivəsində ADU ilə Alpen-Adria Universiteti arasında əməkdaşlığa dair müqavilə də imzalanacaq.
Sonra Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitunun rəhbəri, professor K. Amman "Avstriya ədəbiyyatı anlayışı", həmin universitetin Robert Muzil adına Ədəbiyyat İnstitunun bölmə rəhbəri V. Fanta "Şeytanlar. Dodererdən Mitterə qədər Avstriya ədəbiyyatında şovinizm, millətçilik və sağ radikalizm" mövzularından bəhs edəcəklər.
ADU-nun və Avstriyanın Azərbaycandakı səfirliyinin birgə keçirdiyi tədbir çərçivəsində iki dövlət arasında mədəni-siyasi əlaqələrdən, tərcümə məsələlərindən və Avstriya ədəbiyyatının Azərbaycandakı vəziyyətinə də həsr olunmuş dəyirmi masa da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB