Bu gün Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib.
Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın sədri tərəfindən bildirildi ki, Sərəncamdan irəli gələn tapşırıqlar qısa müddətdə yerinə yetirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB