Bu gündən Azərbaycanın 2 şəhər və 8 rayonunda repetitor fəaliyyəti dayandırılır.
Azərbaycanın 2 şəhər və 8 rayonunda repetitor və hazırlıq kurslarının fəaliyyəti dayandırılır.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində repetitor və hazırlıq kurslarının fəaliyyəti dayandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB