Qarabağın gələcək uğurları - MÜSAHİBƏ

Qarabağın gələcək uğurları - MÜSAHİBƏ

Fazil Hadıbəyov: “Qarabağda dünya səviyyəsində tanınan çoxlu idmançılar yetişəcək”

Azərbaycanda idmanın inkişafina böyük fikir verən ulu öndər Heydər Əliyev deyirdi: “İdmanımızın, bədən tərbiyəmizin çox geniş imkanları var. Biz bunu ümumxalq hərəkatına çevirməliyik. Ona nail olmalıyıq ki, bədən tərbiyəsi və idman Azərbaycanın hər bir gənci, hər bir vətəndaşı üçün bir adət, ənənə olsun. Azərbaycan gənci bir gün də bədən tərbiyəsi və idmandən kənarda qalmasın. Biz buna hökmən nail olmalıyıq. Bu, xalqımızın gələcəyi deməkdir”. Əbədiyaşar prezidentimizin bu sözlərini demə bu gün Qarabağ uğrunda gedən Böyük Vətən Müharibəsi döyüşlərində bizə çox lazım imiş. Çünki bu gün orduda olan gənclərimiz yüksək fiziki hazırlığa malik olmaqla, düşmənə qan uddururlar. Bu gün döyüşlərdə “Zenit” İcman Cəmiyyətinin yetirmələri də iştirak edirlər. Bildiyimiz kimi “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi yarandığı 1993-cü ildən böyük uğurlar əldə edir. 2014 və 2015-ci ildə Dünya, Avropa və Beynəlxalq yarışlarda qazanılan uğurlarına görə respublikada ilin ən yaxşı idman cəmiyyəti adına layiq görülüb. Bütün bunlardan ruhlanan İdman Cəmiyyəti 2016-cı ilin cəmi 8 ayı ərzində daha böyük uğurlara imza atıb. Hətta bu uğur Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiadasında özünün pik nöqtəsinə çatıb. Çünki bu İdman Cəmiyyətinin üzvü Cəbrayıl Həsənov orada bürünc müdala layiq görülüb. Axırıncı son dörd ildə də “Zenit” İdman Cəmiyyəti İctimai Birliyinin idmançıları çoxlu uğurlara imza atıblar. Əlbəttə, bu yazımda məqsədim həmin uğurları sadalamaq yox, Böyük Vətən Müharibəsində rəşadətli ordumuzun uğurları və “Zenit” İdman Cəmiyyəti İctimai Birliyinin idmançıları haqqında danışmaq üçün bu İdman Cəmiyyəti İctimai Birliyinin sədri, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Bədən Tərbiyəsi və İdman Xadimi Fazil Hadıbəyovla həmsöhbət olduq.

-Qarabağda gedən bu müharibə ilə bağlı bir idman xadimi, böyük ictimai birliyin sədri və tanınmış ziyalı kimi nə demək istərdiniz?
-Biz sentyabr ayının 27-dən gedən bu müharibədə hər gün rəşadətli ordumuzun qələbələrini gördükcə, kəndlərimizin, döyüş üçün əlverişli yüksəkliklərin alındığının şahidi olduqca böyük sevinclə yaşayırıq. İnanıram ki, son qarış torpağmızı belə rəşadətli ordumuz erməni gavurlarından təmizləyəcək. Dayanmaq olmaz. Bütün bu qələbələr də Ali Baş Komandanımızın, zabitlərimizin, milli ordumuzun hesabınadır. Artıq 30 ildən çox idi ki, biz gözləyirdik. Səbr edirdik. Fikirləşirdik ki, ermənilər torpaqlarımızı sülh yolu ilə geri qaytaracaqlar. Axı bizim xalqımız sülpərvər xalqdır. Amma axırda məlum oldu ki, Minsk qrupunun həmsədrləri olan Amerika, Fransa və Rusiya həmişə bizi aldadırmış. Bizim başımızın altına yastıq qoyub, ermənilərə kömək edirmiş. Bax indi onlar əl-ayağa düşüb, müharibəni dayandırmaq istəyirlər. Ay filankəslər, bəs atəşkəsdən sonra 27 il biz sizdən xahiş edirdik ki, bu məsələni həll eləyin. Siz nə edirdiniz? Bizi aldadıb, ermənilərə köməklik edirdiniz. Təsəvvür eləyin ki, bütün bu illərdə Xocalı faciəsi heç vaxt mənim yadımdan çıxmayıb. Hər dəfə orada olan dəhşətli kadrları görəndə mən özümü saxlaya bilməyib, kövrəlirəm. Bu dəhşətləri törədənləri necə bağışlamaq olar? Hələ bu dəhşətlər azmış kimi erməni gavurları Gəncəni, Bərdəni, Ağdamı, Tərtəri, Goranboyu və başqa müharibə getməyən yerləri də vururlar. Orada uşaqları, qocaları, dinc əhalini qətlə yetirirlər. Belə vəhşi millət olarmı? Onların hamısını yer üzündən silmək lazımdır. Bu şərəfsizlər başa düşə bilmirlər ki, bizim əsgərlərimiz istəsələr bir neçə günün içində İrəvanı və bütövlükdə Ermənistanı darmadağın edə bilərlər. Amma onlar bunu etmirlər. Çünki biz dinc əhali ilə yox, xunta ilə, faşist xislətli erməni gavurları ilə vuruşuruq.
Mən Fransanın prezidenti Makronun hərəkətlərinə, sözlərinə çox əsəbiləşirəm. Azərbaycan Fransada çoxlu quruculuq işləri görüb. Bu nankor adam bütün bunların hamısını yaddan çıxarıb. Axı həmin pullara bizim özümüzün də ehtiyacımız vardı, amma sənin kimi nankorum ölkəsinə köməklik elədik. Bütün bunlar sizin gözünüzdən gəlsin. Sən özünü kim sayırsan Emmanuel Makron? Əgər belə ürəyin yanırsa apar erməniləri Fransaya, orada onlar üçün Muxtar Respublika yarat. Adını da qoy, Arsax Makron. Bax onda deyərəm ki, bu “kişiqırığı” bir xeyirxah iş gördü və istəmədi ki, ermənilərin toxumu kəsilsin...

-Eşitmişik ki, sizin “Zenit” İdman Cəmiyyətinin üzvlərindən də çoxu bu gün cəbhədə döyüşür.
-Tək “Zenit” İdman Cəmiyyətindən yox, respublikamızın bütün idman cəmiyyətlərində olan idmançılar bu gün ordu sıralarında döyüşürlər. Axı bir vaxtlar ulu öndər Heydər Əliyev idmanın önə çəkilməsində demə böyük, uzaqgörən siyasət qurubmuş. Cavanlarımızın sağlam ruhda böyüməsini və gələcəkdə onların torpaqlarımızı qoruyacaqlarını əvvəlcədən görürmüş. Allah dahi rəhbərimizə rəhmət eləsin. Elə bizim “Zenit” İdman Cəmiyyətində də bir vaxtlar fəaliyyət göstərmiş çoxlu cavanlar bu gün ordu sıralarında döyüşürlər. Əlbəttə, mən onların hamısının adını çəkə bilmərəm. Amma idmanda böyük nəticələr göstərmiş, Azərbaycan, Avropa, dünya çempionu olmuş bir idmançımızın adını çəkə bilərəm. Bu, sərbəst güləşçimiz Əfqan Xaşalovdur. O, Azərbaycan çempionu, Avropa çempionu, dünya çümpionu, Beynəlxalq yarışların çempionu olub. Hal-hazırda da döyüşlərdə iştirak eləyir. Eləcə də bir vaxtlar mükafatlar almış çoxlu idmançılarımız da rəşadətli ordumuzun sıralarındadır.

-Sizinlə əvvəlki söhbətlərimizdən eşitmişəm ki, əvvəlki müharibələr sizin ailəyə də böyük itgilər gətirib.
-Bəli, elədir. Bizim nəsil repressiyanın qurbanı olub. Bütövlükdə nəslimizi 1937-ci ildə Masallıdan Orta Asiyaya, Sibirə sürgün eləyiblər. Bizim ailə Qazaxıstanın Cambul vilayətinin Çu rayonunun Yeni yol kəndində məskunlaşıb. Mənim atam Məhəmmədəli kişi Böyük Vətən müharibəsində Kursk cəbhəsində vuruşub. Orada ağır yaralanıb. Dayım Qəyyum Musayev cəbhədə həlak olub. Çuda olan çoxlu başqa qohumlarımız, həmyerlilərimiz də yaralanıb, həlak olublar. O vaxtlar Sovetlər Birliyini biz hamımız bir dövlət bilirdik. Heç vaxt ağlımıza gəlməzdi ki, bir vaxt gələcək, SSRİ-nin başında dayanan “xallı şeytan” Mixail Qarbaçov öz havadarları ilə birlikdə ermənilərə köməklik eləyib, bizim ata-baba yurdumuz olan Qarabağı onlara verəcək. Bizim haqq səsimizi bu 32 ildə heç kim eşitməyəcək. Yaxşı ki, Türk qardaşlarımız bizim səsimizi eşitdi və bizə arxa-dayaq oldular. Ulu öndər Heydər Əliyevin: “Bir millət, iki dövlət” kəlamı artıq öz yerini tapdı. Beləliklə, biz, bu xəstə təxəyyüllü xuntanı sıxışdırıb, artıq torpaqlarımızdan çıxarırıq.

-Bu müharibədə indiki rusların münasibəti haqqında bir ziyalı, idman xadimi kimi nə deyə bilərsiniz?
-Rusiya indi istəsə də, istəməsə də bizim tərəfimizdə olmalıdır. Çünki 1941-45-ci illər müharibəsində qələbə Bakı neftinin hesabına olub. Əgər Bakı nefti olmasaydı Sovet təyyarələri, tankları və başqa texnikaları hərəkət edə bilməzdi. Ona görə də deyirəm ki, Rusiya hökumətinin haqq-ədaləti olsun. Axı bir vaxtlar erməni gavurları məhz rusların köməkliyi ilə bizim torpaqlarımızı işğal eləmişdilər. Çünki birinci Qarabağ savaşında ermənilərə ruslar kömək eləməsəydi, onlar bir qarış da bizim torpağımızı ala bilməzdilər. Hamı bilir ki, ermənilər qorxaq, yaltaq millətdir. Onlar heç vaxt döyüşkən olmayıblar. Yaxşı ki, Putin çıxış eləyib dedi ki, “azərbaycanlılar öz torpaqları uğrunda vuruşurlar. Qarabağ Azərbaycanındır”. Biz demirik ki, ruslar bizə köməklik eləsinlər. Şükür Allaha çox döyüşkən ordumuz, savadlı, ağıllı, təmkinli prezidentimiz, Ali Baş Komandanımız var. Bunu artıq bütün dünya da görür. Biz cəmi 37-38 gündə artıq gör nə qədər torpaqlarımızı azad eləmişik. Ordumuz yalnız irəliyə doğru gedir. Polad Həşimov kimi qəhərəman generalı olan xalqı məğlub etmək mümkün deyil. Biz deyirik ki, ruslar erməni gavurlarına köməklik eləməsinlər. Erməninin gücü varsa vuruşsun bizimlə. Ya da Mins qrupu hər şeyi haqq-ədalətlə həll eləsin və ermənilər də bütövlükdə Qarabağdan çıxıb getsinlər. Ermənilər həmin Minsk qrupuna elə arxayın idilər ki, Qarabağda çoxlu yezidi kürdləri, kürd PKK-çılarını, çoxlu muzdlu əsgərləri gətirib yerləşdirmişdilər. Qarabağın bütün sərvətini talan eləyirdilər. Orada narkotik maddələr əkməklə çoxlu pullar qazanırdılar. Əgər elə şey olmasaydı, bu qədər silahları onlar əldə edə bilməzdilər. Bu yolla kəndlərimizi xarabalığa çeviriblər. Azad olunmuş kəndləri görəndə adamın ürəyi ağrıyır. Heç faşistlər də belə qələti eləməmişdilər. Deməli, ermənilərin insanlıqdan xəbəri yoxdur. Bunların vəhşiliyinə, şərəfsizliyinə bax ki, gətirib bizim məscidlərdə donuz saxlayırdılar. Azərbaycanlılar isə Bakıda onların kilsəsini qoruyub saxlayıb. Hətta bu kilsəyə qaz da verilirdi. Haqq-ədaləti gözləməyən millətdən nə desən gözləmək olar.

-Arzunuz varmı, gələcəkdə Qarabağda idmanla bağlı “Zenit” İdman Cəmiyyəti də işlər görsün?
-Qarabağ İdman Cəmiyyəti var. Onun sədri də dostumuz Ceyhun İbrahimovdur. Orada da sədr olub və burada da sədrdir. Yəqin ki, gələcəkdə biz də ona dəstək olub, “Zenit” İdman Cəmiyyətinin Qarabağda ayrı-ayrı rayonlarında məşqçi müəllimlər götrürüb, onların əmək haqqını öz cəmiyyətimizin hesabına ödəyərik və orada idmançılar yetişdirərik. Bizim Gəncədə, Sumqayıtda, Lənkəranda belə təşkilatlarımız var. Sağlıq olsun. Təki tezliklə torpaqlarımızı erməni gavurlarından təmizləyək. Xalqımız bu gün bir yumquq kimi, ölkə başçımız, Ali Baş Komandanımızın ətrafında sıx birləşib, bu xalqın qarşısında daha heç bir düşmən dayana bilməyəcək. Bizi gələcəkdə çox böyük firavan günlər, illər gözləyir. Ulu öndərimiz Heydər Əliyev də bir vaxtlar deyirdi: “Qarabağ alınandan sonra orada biz çox böyük işlər görəcəyik”. Dahi rəhbərimizin həmin arzularını sevimli prezidentimiz İlham Əliyev tezliklə reallaşdıracaq. “Zenit” İdman Cəmiyyətinin də orada imzası olacaq. Qarabağda dünya səviyyəsində tanınan çoxlu idmançılar yetişəcək. Hələ hər şey qabaqdadır. Allah Azərbaycanımızı qorusun.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə