Süleyman Dəmirəl: “Lazım olsa Türkiyə xalqına müraciət edəcəyəm”

Süleyman Dəmirəl: “Lazım olsa Türkiyə xalqına müraciət edəcəyəm”

Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəl baş nazir Rəcəb Tayyib Ərdoğanın onun ünvanına səsləndirdiyi ittihamları təkzib edib. SİA-nın \"Milliyyət\" qəzetinə istinadən verdiyi xəbərə görə, Dəmirəl bəyan edib ki: "Ərdoğan özünün seçkiqabağı çıxışlarında məni ittiham edir ki, CHP və MHP rəhbərliyinin diktəsi ilə qruplaşma yaratmaqla məşğulam. Mənim heç bir siyasi dairələrlə əlaqəm yoxdur və siyasətlə də məşğul olmuram. Mən siyasi motivlərə yox, insani motivlərə əsaslanıram. Zaman hər şeyi öz yerinə qoyacaq. Lazım olsa Türkiyə xalqına müraciət edəcəyəm. Türkiyəni bu cür idarə etmək olmaz. Bunu necə etmək lazım olduğunu izah edə bilərəm".

Qeyd edək ki, Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan seçkiqabağı təşviqat kompaniyasında Süleyman Dəmirəlin ünvanına sərt ittihamlar sürmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə