Din xadimindən erməni əsgərlərə müraciət: "Silahı yerə qoyun"

Din xadimindən erməni əsgərlərə müraciət: "Silahı yerə qoyun"

Bu gün “Yeddinci Günün Adventistləri”nin Dua Evində Azərbaycana əsir düşmüş, Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviçlə görüş keçirilib. Məlumata görə, tədbirdə əvvəlcə Hovsep Saakyan, Bakıdakı və Gəncədəki “Yeddinci Günün Adventistləri” İcmalarının pastorları Elşən Cabbarov və Elşən Səmədov dua ediblər.

O, bildirib ki, bu gün burda olmağına görə Allaha təşəkkür edir və bir insan kimi Azərbaycan və erməni xalqlarını sülhə çağırır: "Mən bir inanclı insan kimi həmvətənlərimə müraciət edirəm ki, silahı yerə qoysunlar, vuruşmasınlar. Çünki onlar başqalarının torpağında vuruşurlar".

H.Saakyan hazırda saxlanma şəraitinə də toxunub: "Mən yaralananda bud sümüyüm oynaqdan çıxdı. Məni əsir götürəndə bura gətirib hospitala göndərdilər və ayağımı yerinə saldılar. Buna görə minnətdaram. Burda məni paltar və yeməklə təmin etdilər. Hər şey qaydasındadır və buna görə də hər kəsə təşəkkür edirəm".

Pastor erməni xalqını qan tökməyi dayandırmağa və sülhə gəlməyə çağırıb. İmanlı insan kimi həmvətənlərimə müraciət edib deyirəm ki, əllərinə silah götürməsinlər və döyüşə getməsinlər: "Çünki həmin ərazilər bizim ərazi deyil və biz başqa ölkənin ərazisində vuruşuruq. Mənimlə birlikdə 60 nəfər idi və dəqiq deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər. Onlar öz evlərinə qayıtmaq istəyirdilər. Mənim 9 aylıq qızım var. Necə ki, mən qızımı görmək istəyirəm, onlar da öz övladlarını görmək istəyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə