Vətən, torpaq və böyük amallar uğrunda candan keçən Şəhidlər - FOTOLAR

Vətən, torpaq və böyük amallar uğrunda candan keçən Şəhidlər - FOTOLAR

Sadıqli İbrahim Şahin oglu düşmənin 60-a yaxın əsgər və zabitini məhv edərək, şəhidlik zirvəsinə yüksəlib

Bəşər aləmində ən müqəddəs hiss, doğma duyğu qoynunda böyüyüb, boya, başa çatdığın Vətəni sevmək, onun uğrunda canından keçməkdir. Vətən və torpaq uğrundan canıdan keçənlər şəhidlərdir. Tarixən belə olub və bu gün də belədir, Azərbaycanın ərən oğulları yağı düşmənə qarşı ölüm-dirim savaşına qalxıb, canlarını Vətən uğurunda qurban veriblər. Bu baxımdan şəhidlər ölməzdir, şəhidlər bizim həm ürək ağrımız, həm də qürurumuz, fəxrimizdir. Millətimiz hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyub. Təbii ki, canlarını Vətənə fəda edən şəhidlərimizi xatırlamaq, yad etmək bizlərin başlıca vəzifəsi olmalıdır. Həm də, gələcək nəsillərə Qarabağın işğaldan azad etmək üçün igid ərənlərimizin qəhrəmanlıqları, döyüşlərdə göstərdikləri şücaətləri çatdırmaq üçün hər cür vasitələrdən istifadə etməliyik.

Qarabağda sentyabrın 27-dən müqəddəs amal uğrunda başlayan savaşda Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 200-dən çox kənd, 3 qəsəbə, 4 şəhər və strateji yüksəklikləri erməni tapdağından azad edib, bununla da bütün dünyaya qalib ordu olduğunu nümayiş etdirib. Əminik ki, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda dalğalanan üçrəngli bayrağımız, Şuşada, Laçında, Xankəndində və digər işğal altında olan ərazilərimzidə tezliklə dalğalancaq. Torpaq, Vətən uğurunda savaşda canlarını qurban verən şəhidlərimiz hər zaman xalqımızın qəlbində, hərb tariximizdə yaşayacaqlar. Canlarını fəda etməklə ölümsüzlüyə qovuşan şəhidlərimiz yetişməkdə olan gənc nəsil üçün, bütövlükdə gələcək nəslillər üçün örnək olacaq. Belə qürur duyulacaq, fəxr ediləcək şəhidlərimzdən biri də, Sadıqlı İbrahim Şahin ogludur.

O, 1993-cu ilin 28 iyununda Baki səhərində ziyalı ailəsində dünyaya gəlib. 292 saylı orta məktəbdə oxuduğu vaxtlarda idmanın müxtəlif növləri ilə məşğul olmuş, yüksək nailiyyətlər əldə edərək bayrağımızı dalğalandırmışdır. İbrahim Vətəni, ailəsi, dostları ilə həmişə fəxr etmişdir. 2011-2013-cü illərdə hərbi xidmətdə olmuşdur. Hələ uşaq yaşlarında hərbçi olmaq, Vətənin keşiyində durmaq arzunda olan İbrahim Sadıqli arzularını reallaşdırmaq istəyi ilə 2015-ci ildən Azarbaycan Respublikasinin Xüsusi Təyinatlı Qüvvələrində gizir rütbəsində snayperist kimi xidmətə başlamışdır. Xidməti dövründə hərbin sirlərini dərindən mənimsəmiş, komandirlərinin tapşırıq və göstərişlərini yüksək səviyyədə yerinə yetirməklə, fərqlənmişdir. Məhz bu kimi gərəkli xidməti fəaliyyətinə görə, Azərbaycan Respublikasının müdafiə nazirliyinin, eləcə də Xüsusi Təyinatlı Qüvvələrinin komandanı General-leytinant Hikmət Mirzəyev tərəfindən orden və medallarla, fəxri fərmanlarla təltif edilmişdir.

2018-ci ildə Çin Xalq Respublikasında keçirilən beynəlxalq snayper kursunda XTQ-dən İbrahim Sadiqli iştirak etmiş, yüksək peçəkarlığına, hədəflərin sərrast atəşlə vurmasına görə fərqlənərək, 2-ci yeri tutmuş və üçrəngli bayrağımız 50 ölkə arasında ən yüksəklərə qaldırılmasına nail olmuş, döş nisanı və medalla təltif edilmisdir. Dağlıq Qarabağda sentyabrın 27-dən başlayan müharibə zamanı İ.Sadıqli xüsusi şücaəti ilə seçilmişdir. O düşmənin əsas qüvvələrinin sıradan çıxarılmasında, yüksək rütbəli zabit heyətinin məhv edilməsində qəhrəmanlıqlar göstərmişdir. Ümumilikdə döyüşlər zamanı İ.Sadıqli düşmənin 60-a yaxın əsgər və zabitini zərəsizləşdirmişdir. Elə məqamlar olmuşdur ki, İ.Sadıqli açıq döyüşə girərək, yaralı əsgər və komandirlərini qorumuş və döyüş meydanından çıxarmışdır. 3 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri istiqamətində gedən döyüşlərdə daha bir neçə erməni əsgər və zabitini məhv etmiş, bu zaman yaralı döyüş yoldaşını qanlı savaş meydanından çıxararkən düşmən atəşinə tuş gələrək, şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimiz İ.Sadıqli ikinci Fəxri Xiyabanda General-mayor Polad Həşimovun yanında dəfn olunub.

Söz yox ki, Vətənimizin azadlığı uğrunda canından keçən İ.Sadıqlının xatirəsi hər zaman uca tutulacaq, adı əbədiləşdirlicək. Söz, sənət adamları İ.Sadıqlının qəhrəmanlığı haqqında əsərlər yazacaq, şerlər qoşacaq, vətənpərvərlik mahnıları bəstələyəcəklər. Hazırki, döyüşlər onu göstərir ki, güclü və qüdrətli Ordumuz Dağlıq Qarabağı azad edib, torpaq bütövlüyümüzü, suverenliyimizi təmin etməkdədir. Qələbənin Şuşada, Xankəndində qeyd edilməsi ilə şəhidlərimizin nigaran ruhları rahatlıq tapacaq.

Ruhun şad olsun İbrahim Sadıqlı!

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə