Kiyev Azərbaycanlıları Konqresi yaralı döyüşçülərə əlil arabaları göndərib
Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində ordumuzun təminatının yüksək səviyyədə olmasına baxmayaraq, xaricdəki diaspor təşkilatları da orduya və ermənilərin terror aktlarından zərər çəkmiş mülki əhaliyə mənəvi və maddi dəstəklərini əsirgəmirlər.
SİA-nın verdiyi məlumata görə, Kiyev Azərbaycanlıları Konqresi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanan, hərbi hospitallarda müalicə olunan hərbçilərimizüçün nəzərdə tutulmuş10 ədəd əlil arabasını Diasporla İş üzrə Dövlət Komitəsinə göndərib.
Qeyd edilən əlil arabaları çatdırılması üçün aidiyyatı quruma təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB