Şeyxülislam: “Əminəm ki,“Gürcüstan müsəlmanları idarəsi” adlı QHT-nin yaradılmasının arxasında \"böyük Ermənistan\" planları durur”

Şeyxülislam: “Əminəm ki,“Gürcüstan müsəlmanları idarəsi” adlı QHT-nin yaradılmasının arxasında \"böyük Ermənistan\" planları durur”

"Gürcüstanda "Gürcüstan Müsəlmanları İdarəsi" adlı qeyri-hökumət təşkilatının yaradılması bugünkü məsələ deyil. Bu, çoxdandır davam edən bir məsələdir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib. O bildirib ki, bu məsələ Gürcüstanda hələ üzərində 4 xaç olan bayraq qəbul ediləndən bəri davam edir. Onun sözlərinə görə, hər bir dövlətin ixtiyarı var ki, öz daxilində istənilən, həmçinin dini və başqa məsələlərlə bağlı qərar versin.

"Məsələ ondadır ki, burada müəyyən qədər birtərəfli yanaşma var. Hər bir dövlət öz daxilində müəyyən qərar qəbul edə bilər. Burada müəyyən qədər fərqli, birtərəfli yanaşma var. Əgər Gürcüstandakı başqa dinlər üçün də belə bir idarə yaransaydı, onda bunu düzgün hesab etmək olardı. Ancaq məhz müsəlman idarəsini yaratmaq və onları mənəvi cəhətdən Azərbaycandan qoparmaq dini məsələ deyil. Bəzi insanları bunu dinlə bağlayırlar. 100 faiz bilirəm ki, "Gürcüstan müsəlmanları idarəsi" adlı qeyri-hökumət təşkilatının yaradılması və gələcək planların arxasında "Böyük Ermənistan" ideyası durur və bu çox siyasi bir məsələdir. Burada dini məsələ pərdə rolunu oynayır. Gələcəkdə bu haqda müraciətlərimiz olacaq və xahiş edəcəyik ki, bu addımlar atılmasın. Çox maraqlıdır ki, orada yaşayan azərbaycanlıların bəziləri buna daha çox fəaldırlar. Onlar öz xalqlarının qarşısında cavab vercəklər. Burada bir ziyalı sözü olmalıdır, ruhanı idarəsi nəsə etməlidir. Milli məsələ dini məsələdən daha çox qabarır. Bizim onların daxili işlərinə qarışmaq ixtiyarımız yoxdur, çünki hər dövlətin öz hüquqları var. Amma bununla bərabər xalqların birliyi, qonşuluq haqqı, Azərbaycan xalqının mənəvi cəhətdən bir-birindən qoparması azərbaycanlılar üçün çətinliklər yarada bilər. Ümid edirəm ki, bu məsələ öz düzgün həllini tapacaq", - deyə Şeyxülislam Allahşükür Paşazadə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə