Uşaq qatili Ermənistan: Cavab verməyin zamanıdır! - ŞƏRH

Uşaq qatili Ermənistan: Cavab verməyin zamanıdır! - ŞƏRH

Zaman-zaman istər Azərbaycanda, istər Türkiyədə, istərsə də dünyanın müxtəlif ölkələrində silsilə terrorlar törətmiş erməni terrorçu qruplaşmalarının məqsədləri birdir – “Dənizdən-dənizə böyük Ermənistan dövlət” xəyallarını gerçəkləşdirməkdən ötrü hətta özlərinə düşmən olaraq elan etdikləri xalqların uşaqlarına belə rəhm etməmək. Bu, bir erməni xislətinin bariz və dəfələrlə sübuta yetirilmiş reallığıdır.

Tanrının yaratdığı ən məsum varlıqlar olan körpələri qətlə yetirmək, onlara əl qaldırmaq xəstə təfəkkürlü ermənilər üçün tarix boyu “şan-şöhrət” sayılıb.

Dəyişməyən qəddarlıq, dəyişməyən qətl üsulları və dəyişməyən erməni terroru!

Azərbaycanın ərazi bötüvlüyünə qarşı qaldırılan torpaq iddialarının ardınca erməni terrorçularının uşaq qatili olmaq ənənələri davam etdi. İstər 1992-ci ilin Xocalı soyqırımında, istərsə sonrakı dövrlərdə və istərsə də bu gün Vətən Müharibəsi dövründə Tovuzda, Tərtərdə, Gəncədə, Bərdədə və digər ortaya çıxan rayonlarda dəhşətli faktlar ürpədicidir.

Nə qədər də ağır olsa da, hər dəfə bu faktları hər bir imkanda ictimailəşdirməli, gələcək nəsillərimizə çatdırmalı, təkrarlamalıyıq ki, milli unutqanlığımız baş verməsin! Çünki dəyişməyən qəddarlıq, dəyişməyən qətl üsulları və dəyişməyən erməni terroru cəzalandırılmalıdır ki, təkrarlanmasın.

Xüsusilə də, vəhşi erməni yazarı Zori Balayan kimi qan içən uşaq qatilinin xatirələri heç vaxt unutmamalıyıq. Belə ki, babalarının yırtıcı təbiətini özündə yaşadan “ASALA” erməni terror cəmiyyətinin ideoloqlarından hesab edilən yazıçı Zori Balayan Qarabağda günahsız körpələrimizin işgəncə ilə ölümünün bilavasitə iştirakçısı olaraq, əli qanlı cani şahidliyindən fəxr etdiyini yazır və üstəlik qətlə yetirilən azərbaycanlı uşaqların (!) “it” olduğunu deyir. Bunu ermənilər öz dilləri ilə də etiraf ediblər. Belə ki, polşalı erməni yepiskopu Simeon Lehatsi (XVI əsr) yazırdı: «Yunanlar bizə «İşkil», yəni itlər) deyib, tüpürüb bayıra atdılar...”.

Göründüyü kimi, erməni terrorçuları həqiqətən də quduz it, quduz köpək olduqlarını deyə bilərik. Atalarımız əbəs yerə deməyiblər ki, “Suya düşən itlə yağışa düşən erməni arasında fərq yoxdur”.

Beləliklə, bir xalqın ki, Zori Balayan, David Xerdiyan, Paşinyan kimi küçədə yaşayan və bu gün əzəldən torpağı olmayan və həyasızcasına onun-bunun qoltuğuna sığınaraq, onun-bunun dabanının yalayan şər, böhtan atan və bu gün də faşist xislətlərini göstərərk günahsız körpələrə, mülki əhaliyə atəş açaraq bu terrorçu hərəkətləri ilə «erməni qüruru» keçirənlər həqiqətən də xəstə, bədbəxt təfəkkürlü quduzlaşmış itlərdir!

Qisas qiyamətə qalmayacaq…

Ancaq bu uşaq qatili olan quduzlaşmışlar bir daha anlamalıdırlar ki, qisas qiyamətə qalmayacaq və mütləq etdikləri cinayətlərə görə cəzalarını alacaqlar. Görünür, elə bu səbədən də işğal etdikləri torpaqlar uğrunda sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə vhələ də bunu anlaya bilməyən terrorçu və faşist xislətli küçə «demokratı» əxlaqsız, mənəviyyatsız Ermənistanın baş naziri Nikol Paşinyan uşaq, körpə qatili əməllərini olmalarını növbəti dəfə Vətən Müharibəsi sayılan İkinci Qarabağ savaşında bir daha sübut etdilər. Bu dəfə onlar savaş meydanından 120 kilometr aralıda yerləşən Gəncə şəhərində yaşayış evlərinə və Bərdədə dinc əhalinin toplaşdığı meydana atdıqları raketlə göstərdilər. Bir ay içərisində düşmənin 27 il işğal etdiyi əraziləri geri qaytaran Azərbaycan Ordusunun ölümcül zərbələri qarşısında tab gətirməyən düşmən dinc əhaliyə, qocalara, körpələrə atəş açmaqla şərəfsizliklərini bir daha nümayiş etdirdilər. Nəticədə mülki əhali arasında 90 nəfər həlak oldu ki, onlardan 11-i uşaq, yaralanan 395 nəfərdən isə 48-i uşaq oldu.

Onlar tək cavanları, qocaları, uşaqları öldürmürlər, hətta dünyadan köçmüş insanların qəbirlərinə, Allahın evi olan məscidlərə qarşı faşist düşüncə ilə yanaşırlar. Bu göreşəndər hələ də anlamırlar ki, bununla nifrət sahibi olurlar. Bu gün biz nifrət edirik, sabah onu tarixə çevirib, bütün dünyaya bəyan edəcəyik. Onda erməni xislətinin mahiyyəti açılacaq, onların faşist təfəkkürü ortaya qoyulacaq ki, görün, bu insanlar nə qədər vəhşi, qəddar və amansızdırlar.

Prezident İlham Əliyev: “Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət”

“Baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur”,-deyən Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə verdiyi müsahibəsində bildirib.

Dövlət başçsı onu da deyib ki, bu alçaqlar həmişə saxta, yalançı, mənəviyyatsız olub: «Hətta atəşkəsin Ermənistan tərəfindən pozulması aydın olduqda belə. Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Vaşinqtonda atəşkəs razılaşdırıldıqdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar. Axı, atəşkəs barədə yalvaran onlar idi. Moskvada da, indi də Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət”.

Bundan artıq qeyri-insani davranış ola bilərmi? Bunu erməni terror düşüncəli «insanlardan» başqa kimsə edə bilərdimi? Heç faşist Almaniyası dövründə törədilən qəddarlıqlar bu qədər izafi olmamışdı...
Bu gün dünyaya “mülki əhalimiz qırılır” fonunda yenidən «məzlum erməni» görüntüsü yaradan, məhz həmin görüntülər altında cəbhədə davam edən irimiqyaslı hərbi toqquşmalarda uşaq qatilliyini davam etdirən işğalçı Ermənistan ordusu, əslində, bir daha sübut edir ki, bu dövlətin əsas qayəsi terrorçuluqdan ibarətdir. Bütün dünya dərk edir ki, Azərbaycan işğal altında qalan ərazilərinin azad olunmasını tələb edir və 30 ildir danışıqlar masasında nala-mıxa vuran erməni tərəfinin nazı ilə bundan sonra da oynaması limiti bitib-tükənib

Prezident İlham Əliyev: “İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları!”

Bu gün quduzlaşmış Paşinyan artıq Qarabağ haqqında deyil, vəziyyətinin gündən-günə ağırlaşdığı Ermənistan dövlətinin mövcudluğu haqqında düşünməlidir. Quduzlaşmış, cinayətkar, təcavüzkar faşist xislətli Paşinyan anlamalıdır ki, Azərbaycannı güclü Silahoı Qüvvələri onları yerində otuzdurub və bundan sonra da yerində otuzduracaq. Dövlət başçımız xalqa müraciətində də bildirib ki, Güclü Ordumuz, rəşadətli əsgərlərimiz düşmənləri 30 il işğal altında saxladıqları torpaqlapımızdan iti qovan kimi qovurlar: "İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!".

Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Təcavüzkar və işğalçı Ermənistan gördü ki, xalq-iqtidar-ordu birliyinin nümunəsi QƏLƏBƏDİR! Həmçinin, bu vəhdətin nümunəsi qədirbilən xalqımızın öz Prezidentinin, Ali Baş Komandanının yanında olması, Onun hər sözünə, bütün qərarlarına sadiqliyidir. Məhz bu gün düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olur. Bunu nəinki erməni xalqı, bütün dünya gördü və görür.

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, "nə qədər gec deyilsə, düz yola gəl" və məsələnin sülh yolu ilə həllində verilən axırıncı şansdan istifadə et. Prezident İlham Əliyev oktyabrın 9-da Azərbaycan xalqına müraciətdə də bildirdi ki, Ermənistana axırıncı şans veririk, axırıncı şans: «Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!»

Bir də haqq yolunda addımlayanın köməyi çox, düşməni yox olar! Vaxt gələcək Sarkisyanlar, Paşinyanlar, neçə-neçə yanlar qətlə yetirdikləri günahsız körpə, uşaq, yeniyetmə üçün cavab verməli olacaqlar. Və işğaldan azad olunan torpapqlarımızda dalğalanan bayrağımızı gördükcə quyruğu tapdalanmış köpək kimi hamıya saldıran ermənilərin qana həris cəllad babaları görbagor Andranik sayaq qulaqlarının kəsiləcəyi vaxt gələcək. Nahaq qan heç vaxt yerdə qalmayacaq! Ədalət mütləq zəfər çalacaq! Azərbaycan lap tezliklə ərazi bütövlüyünü bərpa edəcək. Uşaq qatillərinin ayağı Azərbaycan torpaqlarına bir daha dəyməyəcək! Heç şübhəsiz ki, Ermənistan törətdiyi insanlığa qarşı cinayət və terror əməllərinə görə beynəlxalq hüquq qarşısında da cavab verəcək. Onda hamı görəcək ki, qisas qiyamətə qalmayacaq, haqq öz yerini tutacaq!.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlərində, yerli və xarici televiziya kanallarına verdiyi müsahibələrində qeyd etdiyi kimi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə