Qondarma Dağlıq Qarabağ rejiminin “paytaxtı” hesab edilən Xankəndidən (Stepanakert) əhalinin 70%-i çıxıb. SİA xəbər verir ki, bunu şəhərin bələdiyyə başçısı David Sarkisyan açıqlayıb.
Onun sözlərinə görə, şəhərdən çıxanlar İrəvana köçüblər.
Bildirilib ki, şəhərə giriş-çıxış məhdudlaşdırıldığından əhalini qida ilə təmin etmək yerli hökumətin üzərinə düşür. Meriya qalan sakinlərə təxliyə təşkil etməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətdə əməliyyat keçirmir.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB