COVID-19 hücuma keçdi RƏQƏMLƏR ARTIR

COVID-19 hücuma keçdi RƏQƏMLƏR ARTIR

Dünyada koronavirusdan sutka ərzində ölənlərin sayında yeni anti-rekord müəyyən olunub. SİA xəbər verir ki, bu say artıq 9 763 nəfəri təşkil edir. Bu haqda Bloomberg Con Hopkins universitetinin hesabatına istinadən bildirilir. Qeyd olunur ki, COVİD-19 pandemiyası başlayan andan göstərilən rəqəm ən yüksək anti-rekorddur.

Bu arada, bir gün ərzində ABŞ-da koronavirusa yoluxanların sayında da rekord hədd bəlli olub. Belə ki, noyabrın 5-nə olan məlumata görə, ABŞ-ın 102,5 sakini sutka ərzində COVİD-ə yoluxub.

Dünyada isə sutka ərzində yoluxanların sayı 48 milyon insanda müəyyən olunub. 1,5 milyon insan ölüb. O cümlədən, ən çox yoluxma sayı ABŞ-dadır – 9,4 milyon nəfər. Hindistanda 8,3 milyon, Braziliyada isə 5,5 milyon insan qorxunc virusa yoluxub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə