Hər birimiz koronovirusla mübarizədə həmrəy olmalıyıq

Hər birimiz koronovirusla mübarizədə həmrəy olmalıyıq

Bu gün dünyanı cənginə alan koronovirusla mübarizə hər birimizin sosial məsuliyyətini daha artırır. Minlərlə insanlar pandemiyanın qurbanı olaraq dünyasını dəyişir. Belə bir dövrdə Azərbaycan iki cəbhədə müharibə aparmaq məcburiyyətindədir. Bir tərəfdən təcavüzkar erməni ilə ön cəbhədə, digər tərəfdən isə COVİD19 kimi digər təhlükəli düşmənlə. Cətin və gərgin bir dönəmdəyik. Qışın yaxınlaşması ilə əlaqədar hər birimiz özümüzü, yaxılarımızı qorumaqda məsuliyyətliyik. Artıq necə vaxt idi ki, payız və qış mövsümünün qrip epidemiyasının koronavirus pandemiyası fonunda keçəcəyi baxımından vəziyyətin daha da gərginləşəcəyi bildirilirdi. Bu gün həmin zaman yetişıb.

Pandemiya ilə bağlı əvvəllər nəzərdə tutulmuş ehtiyat və şəxsi gigiyena tədbirlərinə fərdi qaydada riayət etmək çox vacib məsələdir. Otaqlar mütəmadi olaraq havalandırılmalı, öskürərkən ağız boşluğu əl və ya dəsmalla, yaxud da dirsəyin bükülən tərəfi ilə örtülməli, əllər tez-tez sabunla yuyulmalı, dezinfeksiyaedici vasitələrdən və maskalardan istifadə edilməlidir. Əgər bütün deyilənlərə əməl olunmazsa daha sərt tədbirlər görülə bilər. Bu gün ölkəmızdə yoluxma halında rekord göstəricilər qeydə alınır. Gün ərizində yoluxma sayinin 1000-dən artıq olması onu göstərir ki, artıq sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil. Koronavirusa laqeyid yanaşanlar bu virusun yayılmasina səbəb olurlar. Əlbəttə ki, yoluxmanın artması insanların davranışı ilə bağlıdır. Dünyada 40 milyondan çox insan virusa yoluxub. Azərbaycanda isə hazırkı dövrədək ölkəmizdə 58 min
dən artıq insan koronavirus infeksiyasına yoluxub.

Onlardan 45 mindən artıgı müalicə olunaraq sağalıb, vaxtında ölkədə xüsusi karantin rejiminin yaradılması bu xəstəliyin daha da geniş yayılmasının qarşısını almış oldu. Məsuliyətsizlik, biganəlik, sanitar qaydalara əməl etməmə yoluxma sayı artırır. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl edilməlidir. Cənab İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, aparılan bütün sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyətə malikdir. Cənab Prezident çıxışlarınında birində “Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram” söyləməsi hər bir Azərbaycan vətəndaşını daha məsuliyyətli omağa səsləyir. Azərbaycan vətəndaşları bilməlidirlər ki, milli birlik və yüksək məsuliyyət karantin dövrünün əsas tələbidir.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə