YAP Quba rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə işgüzar görüş

YAP Quba rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə işgüzar görüş

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Yeni Azərbaycan Partiyası rayon (şəhər) təşkilatlarının ərazi lk partiya təşkilatları ilə əlaqələrinin daha da genişləndirməsi, partiya uçot sisteminin təşkmilləşdirilməsi məqsədilə, növbəlilik əsasında YAP rayon (şəhər) təşkilatlarının aparatında ərazi ilk partiya təşkilatının sədrlərinin işgüzar görüşlərinin təmin edilməsi tapşırığına əsasən 04 noyabr 2020-ci il tarixdə YAP Quba rayon təşkilatının aparatında Quba Qaz İstismari İdarəsi, Quba Elektrik Şəbəkəsi, Quba Regional Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ərazi ilk partiya təşkilat sədrləri ilə işgüzar görüş keçirildi.

Görüşdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Ali Baş Komandan Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müzəffər, rəşadətli ordumuzun Vətən müharibəsindəki uğurlarından danışdı. Daha sonra ilk partiya təşkilat sədrlərinin mövcud vəziyyətlə əlaqədar vəzifələrindən bəhs edərək qeyd etdi ki, bu gün hər bir partiya üzvü bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Sonra sədr partiya sıralarına keyfiyyət baxımından ən layiqli vətəndaşların cəlb edilməsini bildirdi, eləcə də partiya üzvlük haqlarının vaxtlı-vaxtında partiyanın hesabına köçürülməsini qeyd etdi.

Çıxış edən rayon ərazi ilk partiya təşkilat sədrləri cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək daim ordumuza dəstək olduqlarını bildirdilər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə