“Çox qısa vaxtda bütün işğal altında olan torpaqlarımız azad ediləcək” Həsən Qarayev

“Çox qısa vaxtda bütün işğal altında olan torpaqlarımız azad ediləcək” Həsən Qarayev

“Terrorçu və quldur dövlət olan Ermənistan Azərbaycan ərazilərinə qadağan edilmiş bombalar ataraq günahsız insanları, uşaqları, qocaları qətlə yetirməklə, bir daha dünya üçün təhlükəli faşist bir dövlət olduğunu nümayiş etdirdir. Söz yox ki, Paşinyan və onu ətrafında olan hərbi xunta rejimi rəşadətli Azərbaycan əsgəri tərəfindən cəzalarını alacaq. Necə ki, müharibə meydanında Xocalı, Ağdaban, Şuşa, Ağdam, Cəbrayıl və digər ərazilərdə qətliamlar, soyqırımılar törədən erməni zabit və əsgərləri, o cümlədən Araik Artunyan, Calal Artunyan, Sergey Şakaryan, Viktor Arustamyan və digər onlarla erməni faşisti öldürülüb”. Bunu SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin rəhbəri Həsən Qarayev deyib.

Onun sözlərinə görə, yaxın zamanda Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə güclü və qüdrətli Azərbaycan Ordusu bütün işğal altında olan torpaqlarımız azad edəcək, üçrəngli Bayrağımız Qarabağımızın hər bir guşəsində dalğalanacaq: “Vətən müharibəsi getdiyi bir zamanda görünməkdədir”,- deyən ictimai birliyin sədri onu da vurğulayıb ki, Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində inkişaf edərək güclü dövlətə çevrilib: “Azərbaycan hıərbi və digər sahələrdə Ermənistandan qat-qat üstündür. Bunu dünyanın tanınmış hərbi ekspertləri, siyasi şərhçiləri, iqtisadçılarıda qeyd edirlər. Ermənilərin bəzi baş bilənləridə Azərbaycanın Ermənistandan güclü olduğunu etiraf edirlər. Sentyabrın 27-də başlayan müharibə ilə beynəlxalq aləm bir daha şahidi oldu ki, Azərbaycan bütün sahələrdə güclü dövlətdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə güclü ordu yaradılıb. Hansı bu ordu dünyanın ən güclü 50 ordusundan birinə çevrilib. Bu gün Azərbaycan Ordusu müharibə meydanında düşməni asanlıqla əzir və ardıcıl olaraq torpaqlarımız azad edir. Əminəm ki, çox qısa vaxtda bütün işğal altında olan torpaqlarımız azad ediləcək və Azərbaycanın ərazi bütövlüyü bərpa oluncaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə