JEM-in ümdə xahişi

"Düşmən xayın - xain, biz arxayın". Xüsusən bizim düşmənin genetikası xainliklə yoğrulub. Bicliklə qidalanan növbəti xəbər yayıblar. Budur: "Dağlıq Qarabağ ərazisindən müharibə qorxusu ilə qaçan məmurlar vəzifələrindən azad olunublar".

Həmin adamların vəzifələrini də sıralayıblar. Prosesdən xəbəri olmayan kim oxusa, belə anlayacaq ki, Dağlıq Qarabağ adlı ölkə var, oranın bütün sahələr üzrə məmurları var və rəhbər həmin məmurlar cəzalandırır. Düşmənin yaydığı məkrli məlumatın məğzində Dağlıq Qarabağın bir ölkə kimi təsəvvürlərdə canlanması durur. Çox təəssüf biz də bu "feyk"i tirajlayrıq. Lap min dənə dırnaq açıb, "Dağlıq Qarabağı" içərisində yazaq, əsas informasiyanın doğurduğu məna yüküdür. Dağlıq Qarabağda məmur ola bilməz axı. Elə bir ölkə yoxdur axı. Niyə biz düşmənin məkrinə belə aldanırıq? İnanmaq istəmirəm ki, bu sualn cavabında kimsə pıçıltı ilə deyəcək: İP xətrinə. Yoxxxx, milyonlarla İP Qarabağın bir çınqılına qurban olsun. Diqqət: düşmən mətbuatıdır!.2014-cü ildə həyata keçirdiyimiz layihənin adıdır. Prezident yanında QHT-lərı Dövlət Dəstəyi Şurası dəstəkləmişdi. Həmişə aktuallığını qoruyur.

İki gün öncə də Paşinyan ingiliscə tvitt yazmışdı. Tərcüməsi dəqiqliklə belədir: ""Azərbaycanın nəzarəti altındakı Qarabağ" ermənisiz Qarabağ deməkdir, dolayısı ilə soyqırım deməkdir. Beləliklə indi beynəlxalq ictimaiyyət, düzəlişli ayrılma hüququndan istifadəni başa çatdırmaq üçün Artsaxı tanımalıdır".

Biz tez birinci cümləni dırnaqdan və fikir konteksindən çıxarıb, belə paylaşdıq: Paşinyandan miskin etraf: "Qarabağ Azərbaycanın nəzarəti altına keçib". Vay...vay...vay. Xain düşmənə də bu lazım idi. Beynəlxaq aləmə göstərsin ki, gördünüz Azərbacan ictimaiyyəti də təsdiqləyir, Dağlıq Qarabağ onların nəzarətindədir, həmin ərazi ermənisiz qala bilər, orada yaşayan ermənilərə soyqırım ediləcək. Ay aman, oranın müstəqilliyini tanımaq lazımdır.

Həyasızlıq xəstəliyinin bariz nümunəsi. Biz də lap elə xoş niyyətimizlə düşmən bicliyinin, həyasızlığının, xainliyinin məqsədə çatmasında vasitə oluruq. Atalarımızın ruhuna qurban. Unutmayaq, onlar deyib: "Düşmən xayın, biz arxayın".

Bitsin artıq, arxayın olmaq bizi 27 illik rəzalətə qurban vermişdi. Yaşasın şərəf müharibəsi, rədd olsun bicliklə qidalanan şərəfsizlik savaşı!

Jurnalist Ekspert Mərkəzi İdarə Heyəti

Bütün xəbərlər Facebook səhifəmizdə