Səttar Mehbalıyev: \"Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı 18-dən çox sanatoriya var\"
Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı 18-dən çox sanatoriya var. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, məcburi köçkünlərin həmin sanatoriyalardan köçürülməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aiddir və bu köçürülmə müəyyən dövlət proqramları vasitəsi ilə həyata keçirilir. S.Mehbalıyev həmçinin qaçqın və məcburi köçkünlərin sanatoriyalardan köçürüləndən sonra istirahət mərkəzlərinin gələcək fəaliyyətinə də aydınlıq gətirib: "Onlar gedəndən sonra həmin sanatoriyaların bərpası üçün böyük vəsait tələb olunacaq. Həmkarlar təşkilatının isə bu qədər vəsaiti yoxdur. Buna baxmayaraq bütün sahə həmkarlarına göstəriş vermişik ki, bu vəsaitdən qənaətlə istifadə etsinlər. Hazırda qənaətin hesabına tikinti işləri aparılır. Bildiyiniz kimi, Azərbaycan turizm ölkəsinə çevrilir. İstirahət mərkəzləri boşaldıqdan sonra əlavə investisiya lazım olacaq ki, həmin sanatoriyaların müasir tələblərə cavab verməsi üçün tam təmir edək".
Sovetlər birliyində heç vaxt sahə həmkarlar təşkilatının ümumi istirahət bazalarının olmadığını deyən S.Mehbalıyev bildirib ki, Azərbaycanda artıq həmkarlar təşkilatının ümumi istirahət bazaları yaradılıb: "Qaranquş" sanatoriyasında əlavə 60 nəfərlik korpus yaradılıb. "Bilgəh" sanatoriyası tam təmir olunub. Eyni zamanda yaxın müddət ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları özlərinin istirahət mərkəzlərini tikib qurtaracaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB