Məmurlar qaçıb, Arayik Arutyunyan tək qalıb - FAKT

Məmurlar qaçıb, Arayik Arutyunyan tək qalıb - FAKT

Qondarma Dağlıq Qarabağ rejimi casusluq və cəbhədən qaçmaq qalmaqalına görə bir çox məmuru işdən çıxarılıb. SİA-nın armenianreport saytına istinadən verdiyi məlumata görə, müharibənin ilk günlərindən bir səra vəzifəli şəxslər müxtəlif bəhanələrə gətirərək Qarabağı tərk ediblər. Baş separatçı-terrorçu Arayik də həmin vəzifəliləri tutduqları işlərdən azad edilib. Bunlar aşağıdakılardır:

- Prezidenin köməkçisi Rudik Martirosyan

- Baş Prokurorun müavinləri Erik Verdiyan və Sasun Qabriyelyan

- Dövlət Statistika Komitəsinin üzvü Armen Soğomonyan

- Mərkəzi Seçki Komissiyasının üzvü Yeqişe Arzumanyan

- Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Arkadi Soğomonyan

- Şəhərsalma nazirinin müavini David Avanesyan

- Təhsil, Elm və Mədəniyyət Nazirliyinin aparat rəhbəri Erik Qriqoryan

- Dövlət Gəlirləri Komitəsinin aparat rəhbəri vəzifəsini icra edən Qaqik Ayrapetyan

- Prezident Aparatının Hökumət İşləri üzrə Administrasiyasının köməkçisi vəzifəsindən Artak Arustamyan

Görünən odur ki, yüksək "vəzifəli" ermənilər çoxdan Qarabağı tərk edib. Qondarma rejimin başçısı Arayik Arutyunyandan isə bir neçə gündür xəbər yoxdur, bəzi KİV-lərin məlumatına görə, o, Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə