Toplananların yeri dəyişir, cəm isə dəyişmir, - yaxud Arayikin meymun fəndi
Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağda qeyri-qanuni qurumun - separatçı-terrorçu erməni hərbi birləşmələrinin başçısı Arayik Arutyunyan idarəçilikdə səmərəsizliyi, döyüş meydanında uğursuzluğu əsas gətirərək "kabinetində" bir sıra dəyişiklik edib. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, bu gün baş terrorçu özünün köməkçisi Rudik Martirosyanı, "Baş prokurorun" müavinləri Eric Verdiyan və Sasun Gabrielyanı, "Dövlət Statistika Şurası"nın üzvü Armen Soghomonyanın vəzifələrindən azad edilməsi barədə "fərmanlar" imzalayıb.
"Mərkəzi Seçki Komissiyası"nın üzvü Yeğişe Arzumanyanın da səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Döyüş meydanındakı məğlubiyyətin "səsi" qulağının dibində eşidilsə də Arayik hələ də ətrafını təmizləməklə məşğuldur. O, Arkady Soghomonyanı "əmək, sosial və mənzil məsələləri naziri"nin birinci müavini vəzifəsindən, David Avanesyanı "şəhərsalma naziri"nin müavini vəzifəsindən, Eric Grigoryanı - "Təhsil, Elm və Mədəniyyət Nazirliyi"nin Baş Katibi vəzifəsindən azad edib. Garik Ayrapetyan "Dövlət Gəlirləri Komitəsinin Aparatı"nın rəhbəri vəzifəsindən, Artak Arustamyan isə "Prezident Aparatının Hökümət İşləri Aparatı" rəhbərinin köməkçisi vəzifəsindən uzaqlaşdırılıb.
Erməni ekspertlərin də analizinə görə, döyüş meydanında müharibəni artıq uduzmuş A.Arutyunyanın kosmetik dəyişikliyi Dağlıq Qarabağda qanunsuz yaradılmış "respublika"nın ömrünü uzatmağa yetərli deyil.
İndi isə Arayikin həyata keçirmək istədiyi "meymun fəndi" barədə: Deməli, bir gün meymunlar meşədən musiqi alətləri tapırlar və qərara gəlirlər ki, insanlar kimi musiqi ifa etsinlər. Hərəsi bir aləti götürüb çalmaq istəyirlər. Amma insanlar kimi çala bilmirlər. Gəlirlər qoca meymunun yanına ki, bəs bizdə alınmır, nə edək? Qoca və "ağıllı" meymun alnını ovuşdurub deyir: "Siz düzgün əyləşməmisiniz, yerlərinizi dəyişsəniz bir şey alınar"...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB