“Odlar Yurdu” Gənclər İctimai Birliyi Gənclər Təşkilatlarının Resurs Mərkəzində media nümayəndələri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə əsas məqsəd qarşılıqlı dostluq əlaqələrinin gücləndirilməsi və gələcək əməkdaşlıqların müzakirə olunması idi.
İctimai Birliyinin sədri Nigar Ələsgərova bildirib ki, 27 sentyabr 2020 – ci il tarixindən qızğın döyüşlərin davam etdiyi bütün həftələr ərzində Ermənistan tərəfi vicdansızcasına yalan xəbərlər tirajlamaqdadır. 7 oktyabr 2020-ci il tarixindən etibarən “Odlar Yurdu” Gənclər İctimai Birliyi də ölkədə erməni yalanına qarşı, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində başladılan informasiya müharibəsində aktiv iştirak edir.
Qurum rəsmisinin sözlərinə görə, birlik #BeVoiceOfKarabakh adlı aksiya başladıb. Aksiya çərçivəsində #BeVoiceOfKarabakh adı altında challenge, “Stop Armenian Disinformation” petisiyası keçirir. Həmçinin sosial şəbəkələrdə aktiv olaraq dünyaya həqiqətləri çatdırmaq istiqamətində gənclərin fəal iştirakını təmin edir.
Nigar Ələsgərova həmçinin əlavə edib ki, aksiya çərçivəsində həmçinin Ermənistanın Gəncədə törətdiyi müharibə cinayəti haqqında məqalə hazırlanıb, 46 ölkədən 200-ə yaxın xarici mətbuat orqanlarına göndərilib. Ermənistanın həyata keçirdiyi müharibə cinayəti nəticəsində həlak olmuş uşaqlara diqqət çəkmək məqsədi ilə isə 120 beynəlxalq təşkilata bəyanat göndərilib.
Daha sonra İctimai Birliyin əməkdaşları “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi, eləcə də “KönüllüSƏN” layihəsi haqqında ətraflı məlumat veriblər.
Görüşün sonunda erməni vandallarının terrorçuluq əməllərini əks etdirən video-çarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB