“Azərbaycan Prezidenti dünyanı özünə də, xalqına da heyran qoyur” Ənvər Haqverdiyev
İstərdim hər bir vətəndaşımız bilsin və diqqət etsin ki, azad olunan hər qarış torpaq igid, mərd oğulların qanı bahasına azad olunur. Cənab Prezident bunu hər çıxışında, hər müsahibəsində ürəklə dilə gətirir. Biz Ermənistan tərəfinin təxribatlarının açıq şahidi oluruq. Gözəl bilirik hansı qüvvələr Ermənistanın cinayətkar rejimini hakimiyyətə gətirib və dəstəkləyir. Avropanın dırnaq arası demokratiya instutları bugün Ermənistanda yaranmış cinayətkar rejimə görə bir başa məsuliyyət daşıyır.
Cənab Prezidentin digər dünya televiziya kanallarına verdiyi müsahibələr kimi Almaniyanın “ADR” kanalına verdiyi müsahibəsi də Avropada çox ciddi əks səda doğurub. Cənab Prezident o səviyyədə jurnalisti peşakarlıqla “mat” vəziyyətinə qoyub ki, verilişin kadrları üzərində ciddi montaj işi aparıldıqdan sonra efirə verilib. Jurnalistin suallarına əks sual həmlələri cavab verən cənab Prezident əslində bütün Avropanı və münaqişə ilə maraqlanan tərəfləri fakt qarşısında qoyub. Xüsusi ilə də Ermənistanın pulsuz silah təminatı məsələsi hələ də gündəmdədir və cənab Prezident dünya ictimaiyyətindən hələ də cavab gözləyir. Cənab Prezident açıq ifadə edib ki, bu bizimlə Ermənistan arasında olan döyüşdür və digər bütün tərəflər münaqişədən uzaq durmalıdır. Və onu da qeyd edib ki, ətrafımızda olan dövlətlər hamsı dostlarımızdır, heç kimin müdaxiləsini mümkün hesab etmir.
Alman jurnalist güya özünü demokratiya aşiqi kimi qələmə verən jurnalist əslində Azərbaycana qarşı ikili standatla yanaşdığını və Bakıya “hazırlıqlı” gəldiyini düşünürdü. Lakin cənab Prezident ciddi arqument və faktlarla, siyasi ustaqlıla onu azərbaycanlılar demişkən “ağzını açmağa peşman etdi” Güzgüyə baxıb öz səhflərini görmək əvəzinə, Azərbaycana dərs öyrətməyə cəhd edən, Azərbaycanla yüksək pərdədən danışan bu adamlar bilməlidirlər ki, bu mümkünsüzdür!
Dəfələrlə Prezident demişdir ki, jurnalistlərə olan hörmətindən təəssüf ki, onlar süi-istifadə edirlər. Bu dəfə də provakativ suallar oldu. Lakin cənab Prezident bu dəfə öz dediyi kimi onların səviyyəsinə düşmədən səbrli, diplomatik və əlbəttəqalib idi. Məsələn alman jurnalistin nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır, sualına, çox kamil bir cavab verərək dedi ki, Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.
Alman jurnalistin sülh prossesi ilə bağlı suallarına da sərrast cavablar verən cənab Prezident dünyanı özünə və xalqımıza heyran qoymağa, mat etməyə davam edir. Yeddi rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa gəlməklə bağlı suala cavab olaraq möhtərəm İlham Əliyev demişdir ki, biz, yani Azərbaycanlılar bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd ediblər. Prezident vurğulayıb ki, Minsk qrupunun həmsədrləri onun dediklərini təsdiqləyə bilərlər. Biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib. Bəli, budur fakt. Doğurdanda döyüş meydanında vəziyyət dəyişib. Deməli danışıqlar masasında da əsaslı dəyişikliyə ehtiyac var.
Düzü hər məqamı maraqlı olan müsahibələr toplusunu son günlər cənab Prezidentin ifasında görürük. Lakin alman jurnalistin türk əsgərlərini Bakıda görməsi ilə bağlı fikirlərini cənab Prezident iti zəkası ilə yerlə bir etdi. Doğurdanda Bakı döyüş meydanı deyil. Burada hər peşədən və hər millətdən adam var. Hətta ermənilər də. Lakin bu o demək deyil ki, Bakıda olan türk əsgərləri döyüşür. Bu absurd fikirlər və bəsit yanaşmalar yalnız özlərini ifşa etməyə xidmət edir.
Biz gözəl bilirik ki, klassik Qafqaz probleminə çevirilən rus-erməni “qardaşlığına” xəyanət edən Paşinyan indi döyüş meydanında ciddi məğlubiyyətlərlə qarşılaşdıqca, dalana dirənir və ancaq xilas yolunu qarayaxma, şər atma kimi erməni xislətinə uyğun davranışlarla biruzə verir. Güya demokratiya carçısı olan Paşinyan çox deyil, cəmi bir neçə ay əvvəl az qala Rusiyanı ölkələrinin daxili işlərinə müdaxilədə ittiham edərık demokratik inkişafa məhz Rusiyanın imkan vermədiyini deyirdi. Avropaya inteqrasiya mərhələsində Rusiyanı ciddi problem hesab edən Ermənistan və onun təlxək baş naziri bu gün Azərbaycanın rəşadətli ordusuna və müzəffər Prezidentinə uduzan kimi yenə Rusiya və onun Prezidentinə pənah gətirir.
Rəsmi mənbələrin məlumatına görə Paşinyan Vladimir Putinə rəsmi müraciət ünvanlamışdır. Hesab edirəm ki, Rusiya və Vladimir Putin hər zaman ciddi, dövlət maraqlarına cavab verən yanaşma ortaya qoyur. Belə ki, Rusiya üçün bölgədə Azərbaycan daha vacib partnyordur. Ermənistanın saxta ittihamlarından ötrü Rusiya Cənubi Qafqaz regionunda ən güclü tərəfdaşını itirə və bununla da regionda güclər balansı qərbin xeyinə dəyişə bilər ki, bu da, Natonun regionda Türkiyənin timsalında ciddi söz sahibinə çevirilməsi hadisəsi baş verər.
Rusiya Federasiyasnın Prezidenti Vladimir Putinin Azərbaycan ərazi bütövlüyü ilə bağlı mövqeyi qətidir. Hər hansı hərbi müdaxilə yalnız Ermənistan ərazisinə qarşı bir hücüm aktı qeydə alınarsa mümkün sayıla bilər. Məsələ ilə bağlı Rusiya XİN-nin münasibətində də çox maraqlı və Ermənistanı məyus edici hallar var. Belə ki, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 29 Avqust 1997-ci il tarixli “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Fəaliyyət haqqında” Müqavilədən irəli gələn vəzifələr də daxil olmaqla, Ermənistan Respublikasına qarşı müttəfiqlik öhdəliklərinə sadiqliyi təsdiqləyir. Bu Müqavilənin bir sıra maddələri silahlı hücum təhlükəsi olduqda və ya ərazilərinə qarşı təcavüz aktı olduqda konkret hərəkətləri nəzərdə tutur. Müqaviləyə uyğun olaraq, qarşıdurmalar birbaşa Ermənistan ərazisinə köçürülərsə, Rusiya İrəvana bütün lazımi yardımları verəcəkdir.Bu cavabla, əslində Rusiya xarici işlər nazirliyi Azərbaycanın Ermənistan ərazisinə hücum etmədiyini təsdiqləmiş olur.
Cənab Prezident öz növbəsində dəfələrlə bəyan edib və hər dəfə təkrar edir ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi, siyasi hədəfi yoxdur. Yani bu de-yure və de-fakto Rusiya silahlı qüvvələrinin münaqişəyə müdaxiləsini mümkünsüz edir. Xüsusi qeyd etməliyəm ki, Rusiya Azərbaycan münasibətləri bütün MDB ölkələrinə nümunə təşkil etməkdədir. Belə ciddi uğurları olan münasibətləri qeyri-ciddi iddialar uğrunda qurban vermək Rusiyanın qismində inandırıcı deyildir.
Artıq hümanitar atəşkəslə bağlı Rusiyanın təşəbbüsü ilə bir neçə görüş keçirilmişdir. Atəşkəs üçün yalvaran Ermənistan onu təmin etmək üçün isə cəmi beş dəqiqə dözə bilir və hümanitar atəşkəsi pozur. Cenevrədə keçirilən Atətin Minsk qrupunu ən son görüşü əslində digərləridən çox da fərqlənmir. Cənab Prezidentin sözləri ilə desək biri artıq, biriəksik çox şey dəyişmir.
Beləliklə ki, həmsədrlər tərəfləri təcili olaraq humanitar atəşkəsin qurulması da daxil olmaqla öhdəliklərini tam yerinə yetirməyə, beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki və ya hərbi olmayan hədəfləri hədəf almamamğa, BQXK-yə lazımi təhlükəsizlik zəmanətlərini verərək döyüş sahəsindəki qalıqların toplanmasında və mübadiləsində fəal iştirak etməyə, bir həftə ərzində tərəflər BQXK-ya giriş və mümkün mübadilə üçün həbsdə saxlanılan hərbi əsirlərin siyahısını təqdim etməyə, 10 oktyabr tarixli ortaq bəyanatın 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsinin mümkün mexanizmləri barədə yazılı şərh və suallarını təqdim etməyə və 10 oktyabr tarixli birgə bəyanatın 3-cü bəndinə uyğun olaraq hərtərəfli həll yolunun əsas elementləri ilə bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı danışıqlar aparmağa çağırır.
Belə çıxır ki, Azərbaycan öz suveren hüquqlarından çıxış edərək öz torpaqlarını bundan sonra da azad etməyə davam edəcəkdir. Biz onsuzda mülki əhali və obyektlərlə müharibə aparmırdıq. Biz özümüz qurbana çevirilmişik. Azərbaycan BMT-nin dörd qətnaməsini həyata keçirdərək, öz torpaqlarını işğaldan azad edir və işimiz haqq işidir!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB