TAİB-dən Azərbaycan Ordusuna maliyyə dəstəyi

TAİB-dən Azərbaycan Ordusuna maliyyə dəstəyi

Türkiyədəki Azərbaycanlı İş Adamları Dərnəyi (TAIB) Azərbaycan Ordusunun başlatdığı işğaldan azadetmə kampaniyasına nağd pul da daxil olmaqla, Dağlıq Qarabağdakı erməni işğalının sona çatması üçün mənəvi dəstək verib.

Azərbaycanda başladılan Orduya dəstək Fonduna bütün ölkə vətəndaşları və ayrı-ayrı qurumlarla birlikdə Türkiyə Azərbaycanlı Azərbaycan İş Adamları Birliyi (TAIB) də dəstək vermək qərarına gəlib. TAİB Türkiyədəki iş adamları ilə birlikdə pul vəsaiti toplayıb və 27 oktyabrda Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

Məsələ ilə bağlı Türkiyədəki Azərbaycanlı İş Adamları Dərnəyi (TAIB) İdarə heyəti tərəfindən yayılan məlumatda bildirilir ki, bundan sonra Türkiyədəki Azərbaycanlı iş adamı olaraq hər zaman ordumuzun və dövlətimizin yanındayıq.

TAİB-dən bildirilib ki, maddi vəsaitdən başqa Azərbaycan Ordusuna tibbi və qida ləvazimatların göndərilməsi bundan sonra da davam etdiriləcək.

Namik Kemal Yıldırım

SİA-nın İstanbul bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə