İran əsilli məşhur fransalı fotoqraf Rza Diqqəti Cəbrayıl rayonunda işğaldan azad edilmiş Xudafərin körpüsünün şəkillərini yayımlayıb.
SİA-nın məlumatına görə, o, bu paylaşımını “Instagram” səhifəsində edib.
Fotoqraf yazıb ki, Cəbrayıl rayonu Avropa ilə Asiyanın kəsişməsində yerləşir və buradan Böyük İpək yolu keçib:
“Xudafərin körpüsü 13-cü əsrdən Böyük İpək yolu üzərində Araz çayını keçmək üçün inşa edilmiş tarixi tikilidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB