Həm hərb meydanda, həm diplomatiyada İlham Əliyev qətiyyəti! - ŞƏRH

Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: “Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”. Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində düz 36 gündür ki, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə bir-birinin ardınca qələbələr sorağını eşidirik. Bu xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının qələbsidir. Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, ölkə Prezidentimizin uğurlu siyasəti haqq işidir!. Və Ordumuzun uğurları hər bir azərbaycanlında sevinc və sonsuz qürur hissi yaşadır. Dövlət başçımızın dediyi kimi «Qarabağ bizim doğma dədə-baba torpağımızdır, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir!”. Bu haqq - ədalət mübarizəsini 2 il öncə aparmışdı 2016-cı il Aprel döyüşlərində.

24 ildən sonra yanan ümid çırağı - Böyük Qayıdışa Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanıldı

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və rəşadətli əsgərlərimizin şücaəti ilə bu ümid çırağı hələ iki il öncə- 2016-cı il Aprel döyüşlərində düşmən üzərində qazandığı tarixi zəfər yurd həsrəti ilə yaşayan soydaşlarımızın qəlbində yandırdı. Çünki bu zəfər Qarabağa, doğma yurda qayıdışın başlanğıcı oldu və Böyük Qayıdışa Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanıldı. Həmçinin, Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən Lələtəpə yüksəkliyi tamamilə Azərbaycanın nəzarətinə keçdi və Azərbaycan bayrağı ucaldıldı. Prezident İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı "Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında" tarixi sərəncamı dövlətin siyasi iradəsinin, Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmaq əzminin real ifadəsi olmaqla, xalqın öz Prezidentinə sonsuz inamını, geriyə qayıdışa əminliyini daha da gücləndirdi. Bu sərəncam böyük tarixi-siyasi əhəmiyyət kəsb etməklə yanaşı, dövlətin artıq bu istiqamətdə əməli fəaliyyətə, real işə keçdiyini dünyaya, beynəlxalq ictimaiyyətə bəyan edən ciddi mesajı oldu.

Və bu gün Böyük Qayıdışa Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanılan haqq-ədalət mübarizəsi sentyabrın 27-də işğalçı Ermənistanın başladığı təxribata cavab olaraq Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının qətiyyti, Müzəffər Güclü Ordumuzın və rəşadətli Əsgərlərimizin şücaəti ilə işğal altında olan torpaqlarımızın bütünlüklə azad olunması yolunda bir-birinin ardınca qələbə sorağını Ali Baş Komandanımız xılqımıza çatdırır, bu xoş soraqlı xəbərlərimiz davam etməkdədir, hər işğal olunan torpaqlarımıza Azərbaycanımızın üç rəngli bayraqları dalğalanır.

Prezidentimiz İlham Əliyev xalqa müraciətində deyib: "Biz Böyük Qayıdışın astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır”.

Bəli, düz 36 gündür həm Azərbaycan xalqı, həm də onun Müzəffər Ordusu şanlı bir tarix yazmağa başlayıb və azad olunan ərazilərimizdə Azərbaycanımızın üç rəngli bayrağı dalğalanır. Hər gün, hər saat ardıcıl olaraq qələbə sorağını eşitmək və bu sevinci xalqımıza bəxş edən ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Cənabları ilə, Güclü Azərbaycan Ordusu və rəşadətli, qəhrəman əsgərlərimizlə Azərbaycan xalqı qürur və fəxr edir. Qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Budur, Ali Baş Komandanımızın diplomatik siyasətinin nəticəsi! Budur, Güclü Ordumuzun gücü, budur Mübariz, igid əsgərlərimizin rəşadəti! Sentyabrın 27-dən 26 il əvvəl itirdiyimiz torpaqların bir hissəsini geri qaytarmışıq. 36 günlük müharibə zamanı Ali Baş Komandanımız, ölkə Prezidentimiz İlham Əliyevin diplomatik siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgərdərimizin şücaəti nəticəsində mənfur düşmən tapdağından 4 şəhərimiz - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və qəsəbələri, 150-dən artıq kəndi, əhəmiyyətli strateji mövqeləri işğaldan azad edilib. Bu müddət ərzində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı döyüşlərdə bərkiyə-bərkiyə, azadlığa yetmək üçün haqq yolunda, Vətən yolunda canından keçərək yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirdi ki, biz haqq yolunda, öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq: «Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!”.
Qarabağ bizim əzəli torpağımızdır. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, “Qarabağ Azərbaycandır və nida işarəsi». Budur, Ali Baş Komandanımızın diplomatik siyasətinin nəticəsi! Budur Güclü Ordumuzun gücü, budur Mübariz, igid əsgərlərimizin rəşadəti! Bu nailiyyət və qələbələr həm də Xalq-Ordu Birliyinin, orduya olan inamın Qələbəsidir! Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, ölkə Prezidentimizin uğurlu siyasəti haqq işidir!. Ordumuzun uğurları hər bir azərbaycanlında sevinc və sonsuz qürur hissi yaşadır.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında, müsahibələrində və xalqa müraciətlərində dəfələrlə vurğulayıb ki, bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.

Bax, budur xalq-iqtidar-ordu birliyi. Dövlət başçımızın dediyi kimi: “Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bəli, bu birliyin təcəssümü qalibiyyətdir və Azərbaycan Prezidentinin siyasəti qalib gələcək!. Çünki qəhrəman Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir. İndiki məsuliyyətli günlərdə ölkəmizin Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında möhkəm surətdə birləşmək, qəhrəman ordumuza hərtərəfli dəstək vermək müqəddəs borcumuzdur. Xalqımız ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcəkdir. Nida işarəsi! Bütün bunlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının, Müzəffər Ordumuzun, Rəşadətli əsgərlərimizin və xalqımızın BİRLİYİ, Həmrəyliyi nəticəsində əldə edəcəyik. Budur, dünyasəviyyəli, cəsarətli LİDER! Budur, xalqın Prezidenti olmaq!

Prezident İlham Əliyev: “Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik”

Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində bildirib. Dövlət başçımız deyib ki, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik: "Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir".

Dövlət başçımız oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində terrorçu Ermənistanın imzalanan humanitar atəşkəslə bağlı bildirib ki, bizim üç dəfə atəşkəsə razı olmağımız məsələni siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir: “Mən dəfələrlə demişəm ki, müharibənin nə qədər davam edəcəyi Ermənistandan asılıdır. Biz bu gün dayanmağa hazırıq. Bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozub... Baxın, görün nələr baş verib. Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər. İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var”.

Göründüyü kimi, Ermənistandan fərqli olaraq, Azərbaycanın mülki əhalini hədəfə almır. Dövlət başçımız müsahibəsində bu məsələyə də aydınlıq gətirərək deyib: “Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik…Birinci atəş açan Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz oldu. İkinci cəhd avqust ayında baş verdi. Ermənistan mülki şəxslərə hücum etmək üçün diversiya qrupu göndərdi. Üçüncü dəfə sentyabrın 27-də təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik…Erməni tərəfi Azərbaycana böyük ziyan vurmaq istəyirdi. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər”.

Bəli, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz! Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!

Bir sözlə, Paşinyan bu gün bir daha anlamalıdır ki, əgər anlamağı bacarırsa, nə qədər təxribat və sərsəm bəyanatlarla çıxış edirsə etsin, reallıq budur: təcavüzkar quduzlaşmış işğalçı Ermənistan zəbt etdiyi torpaqlardan çıxmalıdır, VƏSSALAM, NİDA! BAŞQA YOL YOXDUR!!!

Bəli, başqa yol yoxdur! Terrorçu Ermənistanın təxribatları nəticəsində Gəncədə, Tərtərdə, Bərdədə və bu günə kimi qətlə yetirilən günahsız insanların qisası yerdə qalmamalıdır və qalmayacaq. Və vasitəçilər işğalçı Ermənistanın vandalizminə lazımi qiymət verməlidir!

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının “Twitter” hesabında dediyi kimi: «Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!». Çünki bu yol haqq yoludur, ədalətin bərpa olunduğu yoldur! Bu yol Böyük Qayıdış yoludur!

Qarabağ Bizimdir!, Qarabağ Azərbaycanındır!, Qarabağ Azərbaycandır!!!

Qələbə bizimlədir! Ulu Tanrı Prezidentimizin, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin dayağı olsun! Növbəti QƏLƏBƏ SORAĞI İLƏ!

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini

Bütün xəbərlər Facebook səhifəmizdə