Bu gün müasir Azərbaycan mətbuatında xüsusi çəkisi olan, ökənin ən çoxtirajlı qəzetləri sırasında yer alan “Şərq” qəzetinin 24 yaşı tamam olur. Qəzet Azərbaycan Prezidenti İlham Əliyevin Ali baş Komandanlığı ilə Qarabağda başlanan azadlıq mübarizəsi və rəşadətli Ordumuzun apardığı hərbi əməliyyatları səhifələrində geniş şəkildə işıqlandırmaqla xalqımız üçün nə qədər lazımlı olduğunu bir daha sübut etmiş olur.
Çağdaş mətbuatımızın uzunömürlü qəzetlərindən olan “Şərq” bu gün demokratik düşüncəli, Azərbaycanın müstəqilliyi yolunda ürəkdən çalışan ziyalıların tribunasına çevrilib. Bu qəzetin səhifələrində Azərbaycanın müasir tarixini, mətbuat tariximizi öyrənmək, "Şərq"lə gündəlik prosesləri izləmək olur. Qəzetin çox güclü bir jurnalist kollektivi var. Onların hər birinin imzası oxucu kütləsinə tanışdır. Hər biri özünün hazırlığı, qətiyyəti və mövqeyi ilə böyük hörmət doğurur.
Baş redaktor Akif Aşırlını rəhbərlik etdiyi "Şərq" qəzetinin 24 yaşı münasibətilə SƏS Media Qrupun kollektivi adından ürəkdən təbrik edir, uzunömürlü olmağı arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB