İzmirdə 800-dən çox yeni avtoşok baş verib

İzmirdə 800-dən çox yeni avtoşok baş verib

Türkiyənin İzmir şəhərində güclü zəlzələnin ağır nəticələri davam edir. “Haber Global” məlumat verir ki, dağıntılar zamanı həyatını itirənlərin sayı 49-a çatıb.

Səkkiz binada axtarış-xilasetmə prosesləri davam etdirilir.

Zəlzələnin ardınca 40-ı 4 baldan çox böyük olmaqla, 850 avtoşok qeydə alınıb.

Bildirilir ki, yaralanan 896 nəfərin 682-si xəstəxanadan buraxılıb, 214-ünün müalicəsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə