DİDK Azərbaycanın qələbə qazanması münasibətilə хaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına təbrik edib
cı "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın qələbə qazanması münasibətilə хaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına təbrik edib. DİDK-dən SİA-ya verilən xəbərə görə, təbrik məktubunda bildirilir ki, Azərbaycanı bu nüfuzlu beynəlxalq müsabiqədə təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 25 ölkənin təmsilçisi içərisində birinci yerə layiq görülməsi bütün xalqımızın, o cümlədən xaricdə yaşayan azərbaycanlıların uğurudur.
Məktubda səsvermə prosesində fəal iştirak etdiklərinə və müsabiqədə Azərbaycanın qələbə qazanması üçün göstərdikləri təşəbbüslərə görə soydaşlarımıza təşəkkür ifadə edilib. Məktubda qeyd olunur ki, hələ yarışmadan əvvəl diaspor nümayəndələri müxtəlif sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, ictimaiyyət arasında Azərbaycan təmsilçilərini təbliğ etməyə çalışırdılar.
"Bu nəticə ilk növbədə Azərbaycan dövlətinin mədəniyyətə və incəsənətə verdiyi yüksək önəmin təzahürüdür. Eyni zamanda, bu həm də xalqımızın nə qədər böyük potensiala malik olduğunu, ölkəmizdə dünya miqyaslı istedadlı gənclərin yetişdiyini təsdiq edir. Bu qələbə həm də milli birliyimizin, həmrəyliyimizin nəticəsidir. "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın qələbə qazanması bir daha göstərdi ki, biz bir olanda həmrəy olanda ən yüksək nailiyyətləri qazanmağa qadirik. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi "Bizim gücümüz bizim birliyimizdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB