“Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb

Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri insanlıq əleyhinə, o cümlədən hər bir insanın təhlükəsiz yaşamaq hüququnun pozulmasına yönələn müharibə cinayətləri, terroru barədə həqiqətlərin, insan hüquqlarına dair beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə rəsmi http://www.justice.gov.az/categories/1148 internet saytında 3 dildə (Azərbaycan, rus və ingilis dilləri) olmaqla “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb.

SİA Ədliyyə Nazirliyinə istinadən bildirir ki, daim yenilənən platformada ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətləri, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial şəbəkələrdə müraciətləri və mediada çıxışları, işğaldan azad edilən ərazilərimiz barədə xəbərlər, bayrağımızın ucaldılması mərasimləri, Qarabağ və ətraf yeddi rayonun tarixi, mədəni və dini abidələrinə dair fotoqalereya, münaqişəyə dair tarixi sənədlər: Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri və digər materiallar yerləşdirilib.
Platformanın digər saytlara inteqrasiyası təmin olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə