Aleksandr Lukaşenko Belorus təmsilçisinin uduzmasını siyasi sifariş hesab edir

Aleksandr Lukaşenko Belorus təmsilçisinin uduzmasını siyasi sifariş hesab edir

Eurovision mahnı müsabiqəsinin nəticələri dünya gündəmində müzakirə olunur. SİA-nın məlumatına görə, finala vəsiqə qazana bilməyən Belarusun prezidenti yarım final seçimlərində siyasi qərar verildiyini deyib. Dövlət başçısı Aleksandır Lukaşenkonun sözlərinə görə, Eurovision Komitəsi bir sıra siyasi səbəblərə görə, Belarusun finalda iştirak etməsinin qarşısını alıb: "Bizim təmsilimiz hərtərəfli idi. Həm davranışı, həm ifası, həm gözəlliyi ilə heç də finala vəsiqə qazananlardan geridə qalmırdı. Lakin seçilən mahnı Belarusun rus milli dəyərlərini ucaldırdı. Bu səbəblə də, bizə hər sahədə olduğu kimi, bu məsələdə də təzyiq göstərdilər. Bu müsabiqədə olduğu kimi, Belarus hər sahədə bu cür təzyiqlərə məruz qalıb və qalacaq\".

Qeyd edək ki, Belarusu təmsil edən Anastasiya Vinnikova müsabiqəyə \"I Love Belarus\" (Belarusu sevirəm) mahnısıyla qatılmış, birinci yarı finalda iştirak etsə də finala vəsiqə qazana bilməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə