Əflatun Amaşov: \"Bu qələbə ilə biz Azərbaycanın zəngin mədəniyyətini bütün dünyaya çatdırmışıq\"
Mətbuat Şurasının sədri Əflatun Amaşovun \"Eurovision-2011\" mahnı müsabiqəsindəki qələbəmizlə bağlı SİA-ya açıqlaması:
\"Hamı kimi biz də ailəmizlə birgə səhərə kimi müsabiqəni izlədik. Müsabiqədən sonra isə dünyanın aparıcı televiziyaları və xəbər portallarında təmsilçilərimizlə bağlı verilən bütün məlumatları fəxrlə izləmişik. Doğurdan da bu qələbə ilə biz Azərbaycanın zəngin mədəniyyətə sahib olduğunu nəinki Avropaya, eləcə də bütün dünyaya çatdırmışıq. Hələ gələn il müsabiqənin Azərbaycanda keçirilməsi bizim üçün ayrı bir sevincdir. Çünki bu vasitə ilə biz minlərlə insanı öz ölkəmizdə qonaq edə biləcəyik. Bununla yanaşı, qeyd edim ki, Azərbaycan bu müsabiqəyə ev sahibliyi etməklə beynəlxalq aləmdə öz gücünü bir daha sübut etmiş olacaq. Təbii ki, bunun üçün kifayət qədər çalışmalı və bütün daxili və xarici imkanlarla yanaşı istənilən güclərimizi səfərbər etnəliyik. Bu münasibətlə mən bütün dünyada yaşayan həmvətənlərimizi ürəkdən təbrik edirəm\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB